Çin ABŞ-la ticarət müharibəsinə son qoymaq üçün tarifləri istəyir
Tarix: 24-04-2025 | Saat: 15:26
Bölmə:Özəl | çapa göndər

Çin ABŞ-ı birtərəfli qaydada tətbiq etdiyi bütün tariflərdən imtina etməyə çağırdı, eyni zamanda Trump administrasiyası da Pekinlə ticarət müharibəsində gərginliyi azalda biləcəyinə işarə etdi.
ABŞ hökuməti iki ölkə arasında təmasların olduğunu bildirsə də, Çin açıqlamasında Vaşinqtonla ticarət danışıqlarının olmadığını bildirib.
Dəfələrlə Çinlə razılığa gələcəklərini söyləyən ABŞ prezidenti Donald Tramp dünən iki ölkə arasında birbaşa təmas olduğunu bildirib. Gömrük vergilərinin “qarşılıqlılığa əsaslandığını” ifadə edən Tramp, ticarətdəki ədalətsizliyi bu vergilərlə düzəltməyi hədəflədiyini deyir.
Çinin Ticarət Nazirliyinin sözçüsü He Yadonq bildirib ki, ABŞ ticarət problemini "həqiqətən həll etmək" istəyirsə, Çinə qarşı "bütün birtərəfli tarifləri" ləğv etməlidir.
Dünən Reuters agentliyinə bir mənbə bildirib ki, iki ölkə arasında ticarət danışıqları aparılarsa, Tramp administrasiyası Çindən idxal olunan mallara rüsumları azaltmağı düşünə bilər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-04-2025