Mobil versiya
Mahmud Abbas HƏMAS-a: İsrailli girovlar qalsın və bu iş bitsin
Tarix: 24-04-2025 | Saat: 09:53
Bölmə:Özəl | çapa göndər

Mahmud Abbas HƏMAS-a: İsrailli girovlar qalsın və bu iş bitsin

İordan çayının qərb sahilində çıxış edən Fələstin prezidenti Mahmud Abbas HƏMAS-ı bütün girovları azad etməyə, tərksilah etməyə və İsraillə müharibəyə son qoymaq üçün Qəzzaya nəzarəti təhvil verməyə çağırıb. Abbas açıqlamasında HƏMAS-ı da “it oğulları” adlandırıb.
Fələstin prezidenti Mahmud Abbas çıxışında HƏMAS-ı “it oğulları” adlandırıb.

İşğal altındakı İordan çayının qərb sahilində toplantı keçirən Abbas qəzəblə HƏMAS-a deyib: "İt oğulları... Bunları (girovları) azad edin və bu iş bitsin. İsrailin bəhanələrini ortadan qaldırın". dedi.

Abbas HƏMAS-ı bütün girovları azad etməyə, tərksilah etməyə və İsraillə müharibəyə son qoymaq üçün Qəzzaya nəzarəti təhvil verməyə çağırıb və bildirib ki, Həmas İsrailə Qəzzaya hücum etmək üçün bəhanə verir.

Həmas Siyasi Bürosunun üzvü Basim Naim Abbasın “öz xalqının əhəmiyyətli bir hissəsinə qarşı təhqiramiz ifadələr işlətməsini” pisləyib. “Abbas ardıcıl və şübhə ilə xalqımızı işğalçıların cinayətlərinə və davam edən zülmə görə günahlandırır”, - deyə Naim bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2025