Aİ yeni tərəfdaşlarla münasibətlər qurmaq niyyətini açıqlayıb
Tarix: 23-04-2025 | Saat: 19:42
Bölmə:Özəl | çapa göndər

Aİ ABŞ ilə tərəfdaşlığını yüksək qiymətləndirir, lakin iqtisadi təhlükəsizliyini təmin etmək üçün digər ölkələrlə yeni tərəfdaşlıqlar qurmaq niyyətindədir. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İqtisadiyyat üzrə Avropa komissarı Valdis Dombrovskis deyib. ABŞ-da keçirilən konfransda danışan o, Aİ və ABŞ-ın gələcəkdə, xüsusən də “getdikcə konfliktli və rəqabətli hala gələn” dünyada “bir-birlərinə daha çox ehtiyac duyacaqlarını” söylədi.
“Lakin biz həm də onları diversifikasiya etmək və iqtisadi təhlükəsizliyimizi təmin edəcək şəkildə gücləndirmək üçün bütün dünyada yeni tərəfdaşlıqlar qurmaq niyyətindəyik”, - Dombrovskis əlavə edib.
Onun sözlərinə görə, Aİ artıq 76 ölkə ilə ticarət sazişləri bağlayıb və bu yaxınlarda Mercosur və Meksika ilə danışıqları başa çatdırıb. Avropa komissarı bildirib ki, Avropa İttifaqı Hindistan, Tailand, Filippin, İndoneziya, BƏƏ və digər ölkələrlə də danışıqları davam etdirir. Dombrovskis qeyd edib ki, yeni ticarət sazişləri rəqəmsal tərəfdaşlığa, strateji investisiyalara və vacib xammala - gələcəyin enerji mənbələrinə çıxışa yönəlib. Onun sözlərinə görə, bu yolla Aİ investisiya və ticarətə açıq qalaraq öz gələcəyini təmin etmək niyyətindədir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-05-2025