Mobil versiya
Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək - FOTO
Tarix: 23-04-2025 | Saat: 10:56
Bölmə:Manşet / Ölkə | çapa göndər

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək -


Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il aprel ayının 30-da Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

aia.az xəbər verir ki, həmin gün daxili işlər naziri tərəfindən bölgə üzrə polis orqanlarında vakant vəzifələrdə xidmətə qəbulla əlaqədar sıra baxışı da keçiriləcəkdir.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 29.04.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2025