Mobil versiya
Çin sakini özünə “sayıqlıq çipi” quraşdırıb
Tarix: 22-04-2025 | Saat: 19:23
Bölmə:Özəl | çapa göndər

Çin sakini özünə “sayıqlıq çipi” quraşdırıb

Çinli bir kişi alkoqol asılılığı ilə mübarizə aparmaq üçün "sayıqlıq çipi" - implant quraşdırdı. RİA Novosti bu barədə China Daily-yə istinadən xəbər verir.
Əməliyyat Fuyanq şəhərinin Üçüncü Xalq Xəstəxanasında aparılıb. İmplantın elektron cihaz olmayan 10 dərman qranulundan ibarət olduğu qeyd edilir. Onlar xəstənin qarın nahiyəsində olan piy qatına tikilib. İnsan bədənində bu cür "çiplər" yavaş-yavaş naltrekson hidroxloridini, alkoqol üçün psixoloji həvəsi boğan kimyəvi birləşməni buraxmağa başlayır.Mənbə bildirir ki, xəstə 20 ildir alkoqol asılılığı ilə mübarizə aparan 40 yaşlı kişidir. Bu müddət ərzində o, doqquz dəfə müalicə üçün xəstəxanaya yerləşdirilsə də, heç vaxt asılılığından tamamilə qurtula bilməyib.

"Həddindən artıq spirtli içki qəbulu onu əsəbiləşdirir, bu da ailəsi ilə tez-tez mübahisələrə səbəb olur və onları narahat edirdi", - əməliyyata cavabdeh olan həkimlərdən biri deyib.


Bundan əvvəl Rusiya Çin pivəsinin alışını şəkildə artırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025