Mobil versiya
"Dövlət 1 manatının belə kənara xərclənməsinə imkan verməyəcək" - Deputat
Tarix: 22-04-2025 | Saat: 12:00
Bölmə:Parlament | çapa göndər

"Dövlət 1 manatının belə kənara xərclənməsinə imkan verməyəcək" -

“Dövlət aldığı vəsaitin necə xərcləndiyinə nəzarət edir”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib.

“Hesablama Palatası iki istiqamətdə böyük iş görür. Birincisi, büdcə layihəsinə öz rəyini verir və eyni zamanda büdcə vəsaitlərinin necə sərf edilməsinə də nəzarət var. Yəni, bütün cəmiyyət bilməlidir ki, dövlət aldığı vəsaitin necə xərcləndiyinə nəzarət edir. Həmin vəsaitə məsul olan şəxslər bilməlidir ki, dövlət 1 manatının belə kənara xərclənməsinə imkan verməyəcək. Ona görə də bu məsələdə aidiyyəti qurumlar diqqətli olmalıdır”, - deyə deputat bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025