Mobil versiya
Rusiyanın bölgəsində anası tərəfindən döyülən üç yaşlı qız ölüb
Tarix: 21-04-2025 | Saat: 21:14
Bölmə:Özəl | çapa göndər

Rusiyanın bölgəsində anası tərəfindən döyülən üç yaşlı qız ölüb
Anası tərəfindən döyülərək komaya düşən Kaspiyskdən olan üç yaşlı qız xəstəxanada dünyasını dəyişib. Bu barədə RİA Novosti-yə Dağıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İdarədən verilən məlumata görə, həkimlərin bütün səylərinə baxmayaraq uşaq reanimasiyada dünyasını dəyişib.

Döyülmə hadisəsi martın 20-də baş verib. Qadın üç yaşlı qızını döyüb, bundan sonra qız son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha əvvəl xəbər verildiyi kimi, uşaq koma vəziyyətində idi və süni nəfəs aparatına qoşulmuşdu.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qızını döyməkdə şübhəli bilinən şəxs ortağı və 4 uşağı ilə kirayədə yaşayıb. Qızının vəhşicəsinə döyülməsindən sonra qadının uşaqları götürülüb.

Anaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb. İstintaq davam edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2025