Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir
Tarix: 21-04-2025 | Saat: 09:00
Bölmə:Özəl | çapa göndər

Qədim tarixi köklərə bağlı olan Azərbaycan-Gürcüstan münasibətləri təkcə strateji tərəfdaşlıqla məhdudlaşmır, həm də çox güclü və sarsılmaz dostluğa əsaslanır. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin aprelin 15-də Azərbaycan Respublikasına rəsmi səfəri bunu bir daha sübut etdi.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da birgə bəyanatlar verdilər. Hər iki lider iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional sabitlik mövzularında birgə mövqe nümayiş etdirərək, tarixi dostluğun və ortaq dəyərlərin əhəmiyyətini xüsusi vurğuladılar. Onların çıxışlarında Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin sadəcə keçmişə bağlı deyil, eyni zamanda, müasir çağırışlarla üzləşmək üçün güclü bir əsas təşkil etdiyinə dair aydın mesaj var. Prezidentlər xalqlarının ortaq mədəni irsinə və çoxəsrlik birgəyaşayış ənənələrinə istinad edərək, birlik və möhkəmlik üzərində qurulacaq yeni bir inteqrasiya mərhələsinə addım atmaq niyyətində olduqlarını nümayiş etdirdilər. Prezident İlham Əliyevin gürcü həmkarını səmimi münasibətlə qarşılaması, bu münasibətlərin dərin tarixi köklərinə və xalqların ortaq taleyinə işarə edən rəmzi bir jest idi.
Tarixə nəzər saldıqda Azərbaycanın bir xalq, dövlət kimi mövcud olduğu dövrlərdə yerləşdiyi cografi mövqedə, Ermənistan istisna olmaqla, digər qonşuları ilə həmişə dostluq, mehribanlıq şəraitində yaşadığının, sıx əlaqələrinin olduğunun bir daha şahidi oluruq. Azərbaycan və Gürcüstan arasındakı qardaşlıq və dostluq münasibətlərinin davamlı inkişafı sevindirici və önəmli hadisədir.
Yeni formalaşmış Gürcüstan hökumətinin ilk xarici səfərinin Azərbaycana edilməsi bu dostluğun və tərəfdaşlığın gücünü bir daha təsdiqləyir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən və yeni hökumətin təsdiqindən sonra yanvarın 17-də ilk xarici səfərini Bakıya etməsi təsadüfi deyildi. Bundan öncə isə Gürcüstanın xarici işlər naziri Bakıya səfər etmişdi. Bu ardıcıl səfərlər göstərir ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda və daha geniş regionda sülh və sabitliyin qorunmasında mühüm rol oynayır. Bu gün Azərbaycan və Gürcüstan dünya siyasətində yeni, güclü oyunçulara çevrilir. Bir qədər keçmişə qayıtsaq Azərbaycan-Gürcüstan münasibətlərinin əsasının Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze tərəfindən qoyulmasını tam təsdiq edərik. Bu iki böyük dövlət xadiminin yaratdığı möhkəm təməl üzərində qurulan əlaqələr bu gün də uğurla inkişaf edir və gələcəkdə daha da güclənəcək. Bu münasibətlərin daha da dərinləşməsi və əməkdaşlığın genişlənməsi Gürcüstanda olduğu kimi, Azərbaycanda da məmnuniyyətlə qarşılanır. İki qonşu ölkə arasındakı dostluq və tərəfdaşlıq regionun gələcəyi üçün möhkəm əsas yaradır və hər iki xalqın rifahına xidmət edir. Azərbaycan və Gürcüstanın birgə səyləri, sülh və sabitliyin qorunması istiqamətində atılan addımlar regionun inkişafına və çiçəklənməsinə mühüm töhfə verir.
Zamanın hər dövründə Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.
Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları var.
Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.
Onu da xüsusi qeyd etmək lazımdır ki, bu iki dost dövlət həmişə bir-birinin ərazi bütövlüyünü dəstəkləmiş və beynəlxalq tribunalarda daima bir-birini müdafiə edən bəyanatlar vermişlər.
İnanırıq ki, Prezident İlham Əliyevin yürütdüyü humanist, məqsədyönlü siyasət nəticəsində Azərbaycan-Gürcüstan dostluq əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edərək gündün-günə möhkəmlənəcək.
Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatınn sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-05-2025