Misir ifrat sağçı İsrail qruplarının "Məscidül-Əqsanı bombalamaq" çağırışlarını pisləyir
Tarix: 21-04-2025 | Saat: 16:18
Bölmə:Özəl | çapa göndər

Misir ifrat sağçı İsrail qruplarının işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidini bombalamaq üçün "təxribat xarakterli çağırışlarını" pisləyib.
Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, “Biz radikal israilli məskunlaşma təşkilatlarının Məscidül-Əqsa və onun daxilində yerləşən Qübbə-qübbəni bombalamaq üçün təxribat xarakterli çağırışlarını şiddətlə qınayırıq”, - deyə bəyanatda bildirilir. Bəyanatda bütün dünya müsəlmanlarının bu cür təxribatçı çağırışlara reaksiya verməsi, Məscidül-Əqsanı hədəf alan təhlükəli pozuntulara son qoyulması, Qüdsdəki müsəlmanların və xristianların müqəddəs dəyərlərinə toxunulmaması lazım olduğu bildirilib.
Bəyanatda beynəlxalq ictimaiyyətdən İsrailin qanun pozuntularına və təxribatlarına son qoymaq və beynəlxalq hüququ pozan hərəkətlərinin qarşısını almaq üçün təcili müdaxiləyə çağırılıb.
Bəzi radikal yəhudi qruplarının sosial media hesablarında Məscidül-Əqsa və onun içindəki Qaya Qübbəsinin bombalanmasını əks etdirən süni intellekt tərəfindən yaradılan görüntü yayılıb.
“Gələn il Qüdsdə” başlığı ilə yayımlanan video qeyddə Əl-Əqsa məscidinin bombalanması və onun yerində məbəd dağı deyilən binanın tikildiyi görüntülər yer alıb.
İsraildə aprelin 12-si axşamdan başlayan və aprelin 20-dək davam edən Pasxa bayramı münasibəti ilə fanatik yəhudilər İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya intensiv basqınlar həyata keçirib.
əhudilərin digər dini bayramlarında olduğu kimi, Pasxa bayramında da fanatik qrupların Məscidül-Əqsaya basqınlarının sayı artır.
26 oktyabr 1994-cü ildə İsrail və İordaniya arasında imzalanmış sülh müqaviləsinə əsasən, Əl-Əqsa məscidi İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslər Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.
2003-cü ildən yəhudilər administrasiyanın icazəsi olmadan və İsrailin birtərəfli qərarı ilə polisin müşayiəti ilə müqəddəs ziyarətgaha daxil olurlar. Bu girişləri basqın kimi xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu vurğulayır.
İsraillilər “Süleyman məbədinin xarabalıqları”nın olduğunu iddia edərək, Qiblə məscidi və Qaya məscidinin günbəzinin, eləcə də muzeyin, mədrəsələrin və geniş həyətin daxil olduğu Əl-Əqsa Məscidi Kompleksinin altında qazıntı işləri aparırlar.
İsrail hökuməti “Məscidül-Əqsada yalnız müsəlmanlar ibadət edə, digər dinlərin nümayəndələri isə ziyarət edə bilər” kimi tarixi status-kvonun qorunub saxlanıldığını iddia edir.
Bununla belə, fanatik yəhudilər İsrail polisinin himayəsi altında Əl-Əqsada keçirilən reydlər zamanı tez-tez namaz qılar və dini ayinləri yerinə yetirərkən kameralara tuş gəlir.
İsraildəki ultra-ortodoks yəhudi ruhanilərinin əksəriyyəti isə yəhudilərin Məscidül-Əqsaya girişinin dini baxımdan qadağan olunduğunu vurğulayır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-04-2025