Media: Kanada Aİ-yə üzv ola bilər
Tarix: 21-04-2025 | Saat: 15:01
Bölmə:Özəl | çapa göndər

Kanadanın Avropa İttifaqına daxil olması ehtimalı azdır, lakin qeyri-mümkün deyil, çünki “Avropa dövləti” anlayışı qanuni və ya rəsmi şəkildə təsbit edilməmişdir. Bu barədə “Politico” ekspertlərə istinadən yazır. Nəşr “Abacus Data” tədqiqat şirkətinin sorğusunun nəticələrinə istinad edərək, kanadalıların 44%-nin ölkənin Aİ-yə daxil olmasını dəstəklədiyini, 34%-nin isə əleyhinə olduğunu bildirib.
Avropa Komissiyasının sözçüsü Paula Pinho Aİ-yə üzvlük üçün yalnız Avropa ölkələrinin müraciət edə biləcəyini qeyd etsə də, ekspertlər Kanadanın da şansının olduğunu düşünürlər.
Sürixdəki İsveçrə Federal Texnologiya İnstitutunun Avropa siyasəti üzrə professoru Frank Şimmelfenniq deyir: "Kanada əlbəttə ki, buna layiq ola bilər. "O, yəqin ki, bir çox cəhətdən Avropa dəyərlərinə, institutlarına və siyasətlərinə indiki namizəd ölkələrin bir çoxundan daha yaxındır".
ABŞ prezidenti Donald Tramp daha əvvəl Kanadanın üzvlüyünün vacibliyini bildirmişdi. Truth Social sosial şəbəkəsində o yazdı ki, amerikalılar “Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirlər” və bu pul olmadan o, həyat qabiliyyətli ölkə kimi mövcud olmağı dayandıracaq. Martın 4-də Ağ Evin rəhbəri Kanada və Meksikadan gələn mallara 25% rüsum tətbiq edib. Tramp qeyd edib ki, Ottava ABŞ-ın 51-ci ştatı olmaqla vəziyyəti həll edə bilər
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-04-2025