Gürcüstan məktəblərində Çin dili tədris olunacaq
Tarix: 18-04-2025 | Saat: 20:51
Bölmə:Özəl | çapa göndər

Gürcüstanın Təhsil Nazirliyi Çin dilinin tədrisi standartını təsdiq etməyi və təhsil resurslarını inkişaf etdirməyi planlaşdırır Gələcəkdə Gürcüstanın dövlət məktəblərində çin dilinin ikinci xarici dil kimi öyrənilməsi planlaşdırılır, bunu təhsil və elm naziri Aleksandr Tsuladze deyib.
Gürcüstanın dövlət məktəblərində iki xarici dil tədris olunur: birinci, ingilis dili birinci sinifdən, ikinci xarici dilin öyrənilməsi isə məktəbin seçimi ilə beşinci sinifdən başlayır.Əsasən, ikinci seçim dili rus, alman və ya fransız dilidir. İtalyan dilini öyrədən məktəblər var.
Nazirin sözlərinə görə, şöbə Çin dilinin tədrisi standartını təsdiq etməyi və təhsil resurslarını inkişaf etdirməyi planlaşdırır.
Nazir məktəblərdə çin dilinin tədrisinin dəqiq nə vaxt və hansı məktəblərdə tətbiqinin nəzərdə tutulduğunu açıqlamayıb.
Gürcüstanda Çin dilini öyrənmək ölkələr arasında münasibətlər inkişaf etdikcə daha da populyarlaşır. 2023-cü ilin iyul ayının sonunda Gürcüstan və Çin ikitərəfli münasibətlərin yeni səviyyəsinə – strateji tərəfdaşlığa keçidi elan etdilər. Ölkələr arasında qüvvədə olan bir sıra tərəfdaşlıq sazişləri, o cümlədən Azad Ticarət və Vizadan imtina Sazişi mövcuddur.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-04-2025
19-04-2025
18-04-2025