ABŞ Rusiya üçün ərazilərin saxlanması ilə Ukrayna üçün plan təqdim edib
Tarix: 18-04-2025 | Saat: 19:51
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın Ukraynadakı münaqişənin həlli üçün təqdim etdiyi plan ərazilərin Rusiya üçün saxlanmasını və Moskvaya qarşı sanksiyaların ləğvini nəzərdə tutur. Amerika təşəbbüsünün təfərrüatlarını Bloomberg mənbələrə istinadən açıqlayıb.
“Birləşmiş Ştatlar öz müttəfiqlərinə Rusiya və Ukrayna arasında sülh sazişi təkliflərini, o cümlədən uzunmüddətli atəşkəs olacağı təqdirdə hərbi əməliyyatların dayandırılması və Moskvaya qarşı sanksiyaların yumşaldılması üçün şərtlərin siyahısını təqdim edib”, - nəşr iddia edir.Adı açıqlanmayan avropalı rəsmilərin fikrincə, ABŞ-ın planı Parisdə Ukrayna ilə bağlı bir sıra görüşlər zamanı Vaşinqtonun avropalı müttəfiqlərinə təqdim edilib və faktiki olaraq münaqişəni donduracaq. Onun şərtlərinə görə, yeni Rusiya əraziləri “Moskvanın nəzarəti altında qalacaq”. Bundan əlavə, ABŞ-ın təklifi Ukraynanın NATO-ya üzvlüyünün müzakirəsindən imtinanı nəzərdə tutur.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, ABŞ Rusiya və Ukrayna arasında münaqişənin sona çatması prosesinə nikbin baxır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-04-2025
19-04-2025
18-04-2025