78 adda dövlət əmlakı satışa çıxarıldı
Tarix: 06-02-2017 | Saat: 14:00
Bölmə:İqtisadiyyat / Manşet | çapa göndər
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 mart 2017-ci il tarixində keçiriləcək hərraca 78 dövlət əmlakı çıxarılıb.
Hərraca çıxarılan əmlakların 17-i kiçik dövlət müəssisəsi, 21-i səhmdar cəmiyyət, 36-sı isə istifadəsiz qeyri-yaşayış sahələridir.
Hərraca həmçinin ləğv edilmiş “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı da çıxarılıb. Həmin əmlaklara Hacıqabulda yerləşən “Hacıqabul sahəsinin əmlak kompleksi”, Lerikdə yerləşən “Lerik xalça sexinin əmlak kompleksi” və digərləri daxildir. Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri əsasən tikinti, sənaye, nəqliyyat, inşaat sahələrinə aiddir. Paytaxt və regionlarda yerləşən belə iri müəssisələr sırasına Salyan Kəndkimya, Sabirabad Mexanikləşdirmə, Xəzər Avtonəqliyyat kimi səhmdar cəmiyyətlər daxildir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri paytaxtın Nizami, Nəsimi, Səbail və Xəzər rayonlarında, regionlarda isə Şəki və Göygöl rayonlarında yerləşir. Kiçik dövlət müəssisələrindən ən yüksək qiymətə təklif olunanı Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir tikinti sahəsidir. (azərtac)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024