Mobil versiya
Azərbaycan Gürcüstan əlaqələri tarixi köklərə malikdir
Tarix: 18-04-2025 | Saat: 09:44
Bölmə:Özəl | çapa göndər

Azərbaycan Gürcüstan əlaqələri tarixi köklərə malikdir

Gürcüstanın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olub. Bu dəstək, həmçinin regional təhlükəsizlik sahəsindəki əməkdaşlığın dərinləşməsinə təkan verib. Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə malikdir və bu əlaqələr zamanla daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da ölkəmizdə rəsmi səfəri bunun bariz nümunəsi oldu
Bu səfər Azərbaycan-Gürcüstan dostluğunun və strateji tərəfdaşlığının növbəti mərhələyə qədəm qoyduğunu göstərdi. Regionda sülh, sabitlik və tərəqqiyə xidmət edən bu əməkdaşlıq modeli gələcəkdə Cənubi Qafqazın yeni siyasi və iqtisadi konfiqurasiyasını müəyyənləşdirən əsas təməl daşlarından biri olacaq.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızdan olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.

Prezident İlham Əliyev həmçinin iki ölkə arasında enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın inkişafının vacibliyini qeyd etdi: “Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan da daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.”

Səbuhi Əbilov
Bakı Dövlət Universitetinin tələbəsi, YAP Nəsimi rayon təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025