Mobil versiya
Avropanın Ukraynaya mümkün dəstək müddəti açıqlanıb
Tarix: 16-04-2025 | Saat: 12:25
Bölmə:Özəl | çapa göndər

Avropanın Ukraynaya mümkün dəstək müddəti açıqlanıb
Politoloq Dmitri Levin Lenta.ru ilə söhbətində bəyan edib ki, Avropa ölkələri Kiyev rejimini daha bir neçə il dəstəkləyə bilər. Onun sözlərinə görə, hazırda Avropa ölkələri artıq öz iqtisadiyyatlarını yenidən istiqamətləndirməyə başlayıblar ki, bu da müdafiə sektorunun daha yaxşı inkişafına kömək edəcək.

"İndi onlar Kiyev rejimini daha il yarım dəstəkləməyə hazır olduqlarını bəyan edirlər. Lakin bütün amilləri nəzərə alsaq, o zaman 5-7 il müddətinə dəstək ola bilər", - Levin qeyd edib.
O, aydınlaşdırıb ki, Avropa ölkələrində siyasi elita dəyişikliyinin olub-olmayacağı sual olaraq qalır. Politoloq vurğulayıb ki, hazırda Avropa ölkələri öz iqtisadiyyatlarını hərbi ehtiyaclar üçün tədricən yenidən qururlar. Buna əsaslanaraq, ölkələrin iqtisadi gücünün nə vaxtsa zəifləyəcəyini və bunun Ukrayna məsələsində mövqelərə yenidən baxılmasına səbəb olacağını gözləməyə dəyməz.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025