Mobil versiya
Nazir Djurcevic-Stamenkovski: Serbiyanın Aİ-yə daxil olması mənasını itirir
Tarix: 16-04-2025 | Saat: 10:04
Bölmə:Özəl | çapa göndər

Nazir Djurcevic-Stamenkovski: Serbiyanın Aİ-yə daxil olması mənasını itirir

Serbiyanın ailə və demoqrafiya naziri Militsa Djurcevic-Stamenkovski TASS agentliyinə müsahibəsində bildirib ki, ölkənin Avropa İttifaqına daxil olması öz mənasını itirir, çünki birlik dərin böhran yaşayır
Onun sözlərinə görə, Brüssel mövcud ikili standartlar, proteksionizm və milli maraqlara etinasızlıq kursuna əməl etməyə davam edərsə, Aİ-nin daha da genişlənməsi son dərəcə şübhəli olacaq.


Djurdjevic-Stamenkovski vurğulayıb ki, Aİ hazırkı siyasi mövqelərini ciddi şəkildə yenidən nəzərdən keçirməli və tamhüquqlu üzv olmaq istəyən ölkələrə gələcək yanaşmasını aydın şəkildə müəyyənləşdirməlidir.
Financial Times daha əvvəl yazmışdı ki, Aİ ölkə prezidenti Aleksandr Vuçiçin mayın 9-da Moskvaya səfər edəcəyi təqdirdə Serbiyanın üzvlükdən imtina edəcəyi ilə hədələyir.


Serbiyanın baş nazirinin müavini Aleksandar Vulin də öz növbəsində Aİ-nin Serbiyanı özünün müstəmləkəsi kimi qəbul etdiyi fikrini bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025