Mobil versiya
Niderland və Norveç Rusiyanın haker hücumlarına məruz qaldıqlarını açıqladılar
Tarix: 06-02-2017 | Saat: 13:37
Bölmə:Şou-biznes / Manşet | çapa göndər

Niderland və Norveç Rusiyanın haker hücumlarına məruz qaldıqlarını açıqladılar





“Son altı ay ərzində Niderland hökumətinin saytına Rusiya, İran və Çindən olan hakerlər tərəfindfən yüzlərlə kiberhücum həyata keçirilib”.

Bu barədə Niderland kəşfiyyatının rəhbəri Rob Bertole yerli televiziyaya müsahibəsində deyib. “Mən bunu demokratiyamıza təhlükə kimi qiymətləndirirəm. Təhlükə odur ki, onlar bizim parlamentin işinə və hökumətin qərarlarına təsir göstərə bilər”, - deyə o, söyləyib.

R. Bertole qeyd edib ki, rusiyalı hakerlər məxfi sənədləri ələ keçirməyə cəhd göstərib.

Norveç kəşfiyyatı da analoji açıqlama ilə çıxış edib. Bu ölkə Təhlükəsizlik Xidməti bildirib ki, 9 vəzifəli şəxsin elektron poçtu Rusiya ilə əlaqəli olduqları güman edilən hakerlərin hücumuna məruz qalıb. “Hücumların xarakteri göstərir ki, bunu Rusiyaya aid olduğu güman edilən “ART29” qruplaşması həyata keçirib”, - deyə Norveç Təhlükəsizlik Xidmətinin rəhbəri Martin Bernsen söyləyib. (İKT.lent.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024