Mişustin Neft və Neft Məhsulları Statistikasının dərcinə qoyulan qadağanın müddətini uzadıb
Tarix: 14-04-2025 | Saat: 22:32
Bölmə:Özəl | çapa göndər

Bir sıra Qərb ölkələrinin qeyri-dost tədbirləri fonunda Rusiya bəzi iqtisadi məlumatları dərc etmir.
Rusiya hökuməti rəsmi dərc olunmuş sərəncama əsasən, neft sektoru üzrə statistik məlumatların dərcinə moratoriumun müddətini uzadıb.
Sənədi Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb və moratoriumun 2026-cı il aprelin 1-dək uzadıldığı bildirilir.
Neft və neft məhsulları üzrə statistik məlumatların dərcinin dayandırılması barədə qərar hələ 2023-cü ilin aprelində qəbul edilib. Hökumətin bu sərəncamına əsasən, moratorium neft və qaz qarışıqlarına, susuzlaşdırılmış, duzsuzlaşdırılmış və stabilləşdirilmiş neftə, qeyri-sabit qaz kondensatına şamil edilir.
Bundan başqa, iqtisadi fəaliyyət növləri, daha dəqiq desək, neft və təbii qazın, səmt neftinin hasilatı üzrə məlumatlar dərc edilmir. Rusiya hakimiyyəti bu addımı Qərb ölkələrinin müxtəlif qeyri-dost hərəkətləri fonunda atıb
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-04-2025