Mobil versiya
Tramp Rusiyaya qarşı yeni sanksiyalarla bağlı suala cavab verməkdən yayınıb
Tarix: 14-04-2025 | Saat: 21:41
Bölmə:Özəl | çapa göndər

Tramp Rusiyaya qarşı yeni sanksiyalarla bağlı suala cavab verməkdən yayınıb

ABŞ prezidenti Donald Tramp mətbuat konfransı zamanı Vaşinqtonun Ukrayna münaqişəsinə görə Moskvaya qarşı yeni sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb. Bu barədə TASS yazır.
"Biz artıq Rusiyaya qarşı sanksiyalar tətbiq etmişik. Yadınızdadırsa, "Şimal axını 2"-ni təqdim etmişdim. <...> Mən onu dayandırdım", - Amerika lideri bildirib.
Daha sonra jurnalistlər Rusiya Federasiyasına qarşı mümkün yeni məhdudiyyətlər barədə bir daha soruşdular, lakin Tramp qaz kəməri haqqında danışmağa davam etdi, sələfi Co Baydeni tənqid etdi, sonra isə diqqətini növbəti müxbirə çevirdi. Mart ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-la “Şimal axını” məsələsi üzrə danışıqların aparıldığını elan edərək, Avropaya sabit enerji təchizatının təmin edilməsində qarşılıqlı marağı vurğulamışdı.O, Vaşinqtonun Avropa ölkələrinin Rusiya qazından tamamilə imtina etməsinin qarşısını almaq üçün öz təsirindən istifadə edəcəyinə ümid etdiyini bildirib və qeyd edib ki, mövcud vəziyyət Avropa biznesləri üçün enerji resurslarının dəyərinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2025