Mobil versiya
Daily Mail: Rusiya Böyük Britaniyada elektrik enerjisini kəsə bilər
Tarix: 11-04-2025 | Saat: 15:25
Bölmə:Özəl | çapa göndər

Daily Mail: Rusiya Böyük Britaniyada elektrik enerjisini kəsə bilər
Rusiya Böyük Britaniyada elektrik enerjisini kəsə bilər. Bu barədə Britaniyanın Daily Mail qəzeti yazır.
Məqalədə deyilir: “Britaniya geniş qaz kəmərləri, elektrik kabelləri və külək stansiyaları şəbəkəsinə güvənir, lakin bunların bir çoxu dənizin dibi boyunca çəkilir və əsasən qorunmur.
Nəşr qeyd edib ki, Britaniyanın sualtı infrastrukturunun ən mühüm komponenti Viking Link elektrik kabelidir. Jurnalistlərin fikrincə, Rusiya hərbçiləri guya onu asanlıqla zədələyə bilər və bu, bütün krallıqda elektrik enerjisinin kəsilməsinə səbəb olacaq.
Qəzet əlavə edib ki, xüsusi narahatlığa kabel xəttinin keçdiyi ərazidə Rusiyanın “Yantar” okeanoqrafik gəmisinin tapılması səbəb olub.
Yanvarda “Express” qəzeti yazıb ki, Britaniya hərbçiləri krallıq sahillərində Rusiya gəmilərini saxlamağa hazırdırlar. Nəşrin məlumatına görə, gəmilər sualtı boru kəmərlərini və kabelləri zədələmək kimi şübhəli hərəkətlərə yol verərsə, belə bir tədbir tətbiq oluna bilər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025