Mobil versiya
Sənan Hüseynov: “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum tarixi bir məcmuədir
Tarix: 10-04-2025 | Saat: 21:51
Bölmə:Özəl | çapa göndər

Sənan Hüseynov: “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum tarixi bir məcmuədir

Prezident İlham Əliyevin 9 aprel 2025-ci ildə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda çıxışı qlobal müstəvidə tarixi missiya daşıyır.
ADA Universitetində ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər sırasına daha biri əlavə olundu. Cənab İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” Forumu xarici ekspertlərə dünyada baş verən proseslər, Ermənistanla münasibətlərin tənzimlənməsi prosesi, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə dünya üçün buraxdığı irsin müzakirəsi baxımından əlverişli imkan yaratdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Eyni zamanda, bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir. Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir.” kimi fikirləri ilə beynəlxalq tədbirlərin prioritetini açıqladı. Və qeyd olundu ki, regionda vəziyyət böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır.
Prezident İlham Əliyevin Forumdakı çıxışı da mühüm məqamları, çağırışları, Ermənistana və havadarlarına ünvanlanan mesajları ilə diqqətdə oldu. 30 illik işğal, 44 günlük Vətən müharibəsi, postmünaqişə dövrünün reallıqları, Azərbaycan-ABŞ, Azərbaycan-Türkiyə və Azərbaycan-İsrail münasibətləri barədə Forum iştirakçılarına geniş məlumat verən dövlətimizin başçısı bildirdi ki, “Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr bizə birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək.”
Eləcə də Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib: “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi ölkəmiz üçün prioritetdir. Bütövlükdə, beynəlxalq Forum yeni dünya nizamına ölkəmizin baxışının təqdimi baxımından mühüm tədbirdir.
Bu konfrans bir daha tarixdə yeri və rolu ilə xüsusi əhəmiyyət kəsb edir, həmçinin biz gənclərində örnək götürəcəyimiz bir elmi məcmuədir.

Sənan Hüseynov
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025