Mobil versiya
ABŞ Rusiya ilə müharibəyə hazırlaşır - İlk dəfə
Tarix: 19-09-2015 | Saat: 20:00
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

ABŞ Rusiya ilə müharibəyə hazırlaşır - İlk dəfə

ABŞ Müdafiə Nazirliyi SSRİ-nin dağılmasından bu yana ilk dəfə Rusiya ilə mümkün müharibənin “toz basmış” planını masa üzərinə qoyub və yenidən nəzərdən keçirməyə başlayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə nüfuzlu “Foreign Policy” jurnalı Pentaqon və Dövlət Departamentindəki yüksək vəzifəli rəsmilərə istinadən yazıb.

Bildirilir ki, ABŞ Müdafiə Nazirliyinin əsas qorxusu Rusiyanın Baltik ölkələrinə qarşı mümkün hərbi təcavüzüdür. Bu ssenari Rusiyanın Krımı ilhaq etməsindən sonra NATO-da narahatlıq yaratmağa başlayıb.

“Foreign Policy” xəbər verir ki, Pentaqon Rusiya ilə mümkün müharibənin iki variantını nəzərdən keçirir. Birinci varianta əsasən ABŞ NATO üzrə müttəfiqləri ilə birlikdə, ikinci varianta əsasən isə tək döyüşəcək.

Lakin hər iki variantda “nəzakətli adamlar”ın, əldəqayırma etirazların və kiberhücumların istifadə olunduğu “hibrid müharibə” şəraitində qarşıdurma nəzərdə tutulur.

Jurnalın yazdığına görə, əslində Pentaqonun bütün mümkün təhdidlərə, hətta zombi-apokalipsisə qarşı planları var.

Maraqlı məqam isə budur ki, bu planlar nə dərəcədə aktualdır və onları rəflərdən götürüb masa üzərinə qoyan olurmu. Rusiya ilə hərbi qarşıdurma planı isə 1991-ci ildən nəzərdən keçirilmirdi və məhz indi, Rusiyanın “tərəfdaşdan təhdidə çevrildiyi bir vaxtda” masa üzərinə qoyulur.

“Təhlükəsizlik sferasında yaranmış vəziyyəti, Rusiyanın hərəkətlərini nəzərə alanda aydın olur ki, biz bu planı təkmilləşdirməliyik və tamamlamalıyıq”-yüksək ranqlı Pentaqon təmsilçisi deyib.

Mənbə deyib ki, hətta 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra da bu plan modifikasiya olunmamışdı.

Son vaxtlar ABŞ müdafiə naziri Eşton Karter və Birləşmiş Ştatlar ordusunun komandanları Rusiyanı əsas hərbi təhdid adlandırıblar.

Birləşmiş Ştatlar Rusiya təhdidinə qarşı Avropada zirehli texnika, beşinci nəsil qırıcılar və pilotsuz təyyarələr yerləşdirir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024