Zelenskinin ofisi seçkilərə hazırlıqla bağlı məlumatları şərh edib
Tarix: 10-04-2025 | Saat: 15:31
Bölmə:Özəl | çapa göndər

Kiyevin 2025-ci ilin yayında seçki keçirməyə hazırlaşması ilə bağlı məlumatlar cəfəngiyyatdır. Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak “Corriere della sera” nəşrinə müsahibəsində Ukrayna hakimiyyətinin seçkiləri təşkil etmək niyyəti ilə bağlı məlumatları belə izah edib.
"Tamamilə cəfəngiyyatdır. Döyüşlər davam edərkən seçkiləri planlaşdırmaq mümkün deyil".
Siyasətçi vurğulayıb ki, Kiyev əvvəlcə Rusiya ilə münaqişəyə son qoymalı, yalnız bundan sonra səsvermə keçirməlidir. Bundan əvvəl “The Economist” yazıb ki, Ukraynada hərbi vəziyyət ləğv oluna bilər və bu yay prezident seçkiləri keçirilə bilər. Jurnalistlərin sözlərinə görə, Vladimir Zelenski atəşkəsdən sonra öz komandasına səsvermə keçirməyi tapşırmaq üçün toplantı çağırıb.Bu məlumatı Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak da şərh edib. Onun sözlərinə görə, ölkədə hərbi vəziyyət ləğv edildikdən cəmi 3-6 ay sonra seçkilər keçirilə bilər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025