"Azərbaycan böyük tərəqqinin yeni mərhələsinə qədəm qoyur" - Gülər Sultanzadə
Tarix: 09-04-2025 | Saat: 15:30
Bölmə:Özəl | çapa göndər

2018-ci ilin aprel ayının 11-də keçirilən növbəti seçkidə dövlətə başçılıq səlahiyyətlərini təkrarlayan, andiçmə mərasimində « Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətin davam etdirəcəyəm» söyləyən Prezident İlham Əliyevin respublikaya başçılıq etdiyi müddətlərdə müəyyənləşdirdiyi bütün prioritetlərin əsasını dövlətimizin güclənməsi , müdafiə qüdrətimizin möhkəmlənməsi, xalqın rahat həyat şəraitinin təmin olunması, neft amilinin insan kapitalına çevrilməsi kimi vacib amillər təşkil edib.
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Müsahibimiz deyib ki, 2018-ci ilin 11 aprel prezident seçkilərində növbəti dəfə xalqın yüksək etimadını qazanan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük tərəqqinin yeni mərhələsinə qədəm qoydu. Seçkilərdən sonra çox qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, inqilabi addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı, Birinci Qarabağ savaşında qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələrinə birdəfəlik ödəmələr verildi.
44 günlük müharibə dünya hərb tarixinə müasir dövrün döyüş taktikasını və strategiyasını əks etdirən hərbi əməliyyat kimi yazıldı. Prezident İlham Əliyevin «Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq» xəbərdarlığı bu gün də məğlub, əzilmiş erməniləri qorxuda saxlayır. İllərdən bəri mötəbər tribunalardan Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyevin sözlərini işğaldan azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli bayraqlarımız təsdiqləyir. Danışıqların nəticə vermədiyi məqamda ərazilərimizi Ali Baş Komandan İlham Əliyevin başçılığı, güc ilə azad edən Azərbaycan əsgəri erməni faşizmini məhv etdi.
« Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim. Onun ruhu qarşısında baş əydim, ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.» Prezident İlham Əliyevin ilk dəfə andiçmə mərasimində söylədiyi bu sözlər təkcə «Heydər Əliyev siyəsəti davam etdiriləcək» vədini yerinə yetirən övladın deyil, 10 milyondan artıq insanın taleyinin etibar edildiyi dövlət başçısının xalqı qarşısında verdiyi hesabat idi. Bu gün bütün Azərbaycan xalqı ürəklə deyir: Cənab İlham Əliyev, Siz doğrudan da xoşbəxt insan, qətiyyətli Lider, neft amilini insan kapitalına çevirmək naminə tarixi xidmətlər göstərən təcrübəli siyasətçi, bacarıqlı iqtisadçı, milli-mənəvi sərvətlərimizi qoruyan, hörmətlə yanaşan əsl azərbaycanlı, multikultural dəyərləri dövlətə rəhbərləiyi dövründə formalaşdıran xeyirxah, humanist şəxsiyyət… milyonların etimadını qazanan hamının inanıb, taleyini etibar etdiyi qüdrətli, həmkarlarınız arasında sayılıb-seçilən qətiyyətli Prezidentsiniz! -deyə Gülər Sultanzadə fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-04-2025
18-04-2025