Radanın deputatı Dubinski: Sülhün ilk günü Zelenski üçün sonuncu olacaq
Tarix: 09-04-2025 | Saat: 16:13
Bölmə:Özəl | çapa göndər

Ukraynada sülhün ilk günü Ukrayna lideri Vladimir Zelenskinin “son günü” olacaq, çünki ABŞ-ın ona daha ehtiyacı olmayacaq.Bu barədə dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan ukraynalı deputat Aleksandr Dubinski öz Telegram kanalında məlumat verib.
“Amma pələnglər öz aralarında razılığa gəlib çaqqala ovun bir parçasını atan kimi müharibəyə ehtiyac qalmır və onunla birlikdə Zelenskiyə: “Sülhün ilk günü onun sonuncu günüdür”, - o vurğulayıb.
Ukraynalı deputatın sözlərinə görə, ABŞ hazırda münaqişəni uzatmaq və Rusiyaya təzyiq etmək üçün prezident Zelenskidən istifadə edir.
Bundan əvvəl Dövlət Dumasının deputatı Mixail Şeremet bəyan etmişdi ki, Rusiya və ABŞ-da Zelenski ilə bağlı külli miqdarda kompromat var ki, bu da ölkə prezidentinin bir neçə ömürlük müddəti üçün kifayət qədər materialdır.
Martın sonunda Rusiya prezidenti Vladimir Putin Ukraynanın mülki hakimiyyətinin öz konstitusiyasına görə qeyri-legitim olduğunu bəyan edib. Rusiya liderinin qeyd etdiyi kimi, Ukrayna konstitusiyası elə qurulub ki, “hamı” dövlət başçısı, o cümlədən regional hakimiyyət orqanları tərəfindən təyin olunur. Əgər Zelenskinin özü qeyri-legitimdirsə, deməli, “bütün başqaları da” deyə Putin vurğulayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-04-2025
18-04-2025