Mobil versiya
Politoloq Şumitskaya: Rumıniyalı siyasətçi Simion Rusiyaya Ukraynanın bölünməsini təklif edə bilər
Tarix: 09-04-2025 | Saat: 16:03
Bölmə:Özəl | çapa göndər

Politoloq Şumitskaya: Rumıniyalı siyasətçi Simion Rusiyaya Ukraynanın bölünməsini təklif edə bilər

Rumıniyada müxalifət partiyası olan Rumınların Birləşdirilməsi Alyansının (AUR) lideri George Simion seçkilərdə qalib gələcəyi təqdirdə Rusiyaya Ukraynanın bölünməsini təklif edə bilər.
Bunu RİA Novosti-yə müsahibəsində politoloq və IMEMO RAS-ın Avropa Siyasi Tədqiqatlar Departamentinin elmi işçisi Yekaterina Şumitskaya deyib."Simion Kiyev rejiminə silah tranzitini dayandıracağını (40%-ə qədəri Rumıniyadan keçir), sonra isə Şərqi Avropada təsir dairələrinin bölünməsi ilə bağlı Rusiya ilə razılaşacağını vəd edir. Xüsusilə, o, Ukraynanın Çernivtsi vilayətinin (Şimali Bukovina) və Moldovanın, o cümlədən Dnestryanı ərazinin bir hissəsini almaq istəyir.

Eyni zamanda, Şumitskayanın xatırlatdığı kimi, rumıniyalı siyasətçi NATO-dan çıxmaq kursunu davam etdirmək niyyətində deyil.

Mart ayında Simion prezident seçkilərində iştirak etmək üçün seçki komissiyası tərəfindən onun namizədliyinin təsdiq edildiyini elan edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025