YAP Laçın rayon təşkilatı rayonun Ə.Q.İsaxanov adına Quşçu kənd tam orta məktəbində tədbir keçirib -Fotolar
Tarix: 08-04-2025 | Saat: 16:46
Bölmə:Özəl | çapa göndər

Tədbirdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmiş və təsdiq olunmuş Tədbirlər Planına əsasən il ərzində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
aia.az xəbər verir ki, təşkilat sədri çıxışında Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini vurğulayaraq müasir müstəqil Azərbaycan dövlətinin Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. O, siyasi varisliyin təmin edilməsinin Azərbaycanın gələcək taleyi üçün müstəsna əhəmiyyət kəsb etdiyini söyləyərək bildirib ki, suverenlik və konstitusiya hüququ müasir dövlətçiliyin fundamental prinsipləridir. Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli"nin elan edilməsi hüquqi islahatların gücləndirilməsi və dövlət quruculuğunun inkişafı baxımından mühüm addımdır. Bu çərçivədə konstitusiya dəyərlərinin qorunması və hüquqi sistemin təkmilləşdirilməsi istiqamətində aparılan işlər dövlətin gələcək inkişafını müəyyən edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanın yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.
Laçın rayon Ə.Q.İsaxanov adına Quşçu kənd tam orta məktəbinin direktoru Elnurə Vəliyeva çıxış edərək bildirib ki, Azərbaycanın son 21 ildən çox müddətdə keçdiyi yol, daxili və xarici siyasətdə qazanılan uğurlar dahi Heydər Əliyevin seçiminin nə qədər düzgün olduğunu əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyev Ulu Öndərimizin ona bəslədiyi inamı bütünlüklə doğruldub. 2003-cü ildə İlham Əliyevin rəhbərliyi ilə başlayan yolun ən böyük uğuru Qarabağ Zəfərimiz və ölkənin suverenliyinin bərpasıdır.
Sonda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə YAP vəsiqələri təqdim olunmuş və xatirə şəkilləri çəkilmişdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025