Mobil versiya
"Vəzifəlilərə 33 milyon manat ödətdirilib, 78 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub"
Tarix: 05-02-2017 | Saat: 11:30
Bölmə:Aia TV | çapa göndər

"Vəzifəlilərə 33 milyon manat ödətdirilib, 78 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub"







"Azərbaycan Prezidentinin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə böyük məsuliyyət qoyulub".

Aia.Az xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov keçirdiyi kollegiya iclasında deyib.

O bildirilib ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğunun əlaqədar struktur qurumları, bütün tabe prokurorluqlar, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən mütəşəkkil cinayətkarlığın korrupsiya və rüşvətxorluq kimi təhlükəli təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, bu kateqoriyadan olan cinayətlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirilib. Baş İdarə tərəfindən rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və sair faktlar üzrə 313 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmiş, həmin işlər üzrə vurulmuş maddi ziyandan istintaq dövründə 33 milyon manatın ödənilməsi təmin edilib, 78 milyon manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

Baş prokurorun sözlərinə görə, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının, eləcə də Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) korrupsiya əleyhinə Konvensiyasının implementasiyası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları 12 ölkədə antikorrupsiya qanunvericiliyinin vəziyyəti və tətbiqi ilə bağlı keçirilən monitorinqlərdə ekspert qismində iştirak etmiş və cari ildə daha 4 ölkədə iştirakları nəzərdə tutulub.

Müşavirədə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlərin görülməsinin intensivləşdirilməsi, "Elektron Sənəd Dövriyyəsi" və "Elektron Cinayət" proqramlarının bütövlükdə prokurorluq orqanları tərəfindən istifadəsinin təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası prokurorluğunun və ərazi hərbi prokurorluqlarının vahid şəbəkəyə qoşulması, beynəlxalq təcrübə nəzərə alınmaqla həmin proqramların funksional imkanlarının və tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi, eyni zamanda bu proqramların yerlərdə prokurorluq əməkdaşları tərəfindən istifadəsinin nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024