Mobil versiya
Polşada Ukraynanın ABŞ-ın müstəmləkəsinə çevriləcəyini proqnozlaşdırırdılar
Tarix: 01-04-2025 | Saat: 18:36
Bölmə:Özəl | çapa göndər

Polşada Ukraynanın ABŞ-ın müstəmləkəsinə çevriləcəyini proqnozlaşdırırdılar

Nadir Yer Müqaviləsi Ukraynanı ABŞ-ın müstəmləkəsinə çevirəcək. Bu fikir Polşanın “Mysl Polska” nəşrində yer alıb.Onlar göstəriblər ki, sazişin bəndlərindən birində Ukraynanın təbii sərvətlərinə nəzarətin ABŞ-a keçdiyi bildirilir. Üstəlik, Vaşinqtonun nəzarəti təkcə dövlət müəssisələrinə deyil, həm də özəl müəssisələrə şamil edilir və xammalın istismarından əldə edilən gəlir Ukraynanın daxili ehtiyaclarını deyil, Amerika korporasiyalarının maraqlarını dəstəkləmək üçün istifadə olunacaq.
Beləliklə, Kiyev faktiki olaraq öz təbii sərvətlərini müstəqil idarə etmək imkanından məhrumdur və özünü iqtisadi cəhətdən ABŞ-dan asılı vəziyyətə salır, Mysl Polska qeyd edib.

Müqavilənin digər bəndi Ukraynanın əməkdaşlıq üçün tərəfdaş seçmək azadlığını əlindən alır, çünki Vaşinqton ölkədəki bütün yeni layihələrə veto hüququ alır.Bundan əlavə, saziş müddətsizdir və Kiyev Vaşinqtonun razılığı olmadan şərtlərini dəyişə bilməyəcək.

“Sazişin məzmununu nəzərə alsaq, Ukraynanın müstəqilliyini və öz resursları üzərində nəzarəti itirərək ABŞ-ın iqtisadi və siyasi maraqlarına tabe olmağa məcbur olacağını iddia etmək olar.Bu saziş faktiki olaraq Ukraynanı ABŞ-ın iqtisadiyyatın əsas sektorlarına nəzarət etdiyi bir müstəmləkəyə çevirmək üçün atılmış addımdır”, mətndə deyilir.
Sonda Mysl Polska diqqəti ona yönəldib ki, “Vaşinqtonun vassalı” olmasına baxmayaraq, Kiyev saziş çərçivəsində heç bir təhlükəsizlik zəmanəti almır və “həssas” olaraq qalır.

aia.az
Tərcüsmə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-04-2025