Avropa İnvestisiya Bankı Azərbaycanda nəqliyyat, enerji və ekoloji layihələri maliyyələşdirmək istəyir
Tarix: 04-02-2017 | Saat: 11:40
Bölmə:İqtisadiyyat | çapa göndər
Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda nəqliyyat, energetika və ekologiya sahəsində layihələri maliyyələşdirməkdə maraqlıdır.
Aia.Az xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbə məlumat verib.
Mənbə bildirib: "Hazırda biz bir sıra istiqamətlərdə EIB ilə ilkin müzakirələr aparırıq. Düzdür, qeyd etmək lazımdır ki, bu bankın öz iş spesifikası var. Məsələn, biz Dünya Bankı ilə işləyirik və yalnız vergi xərclərini ödəyirik, yerdə qalan vəsaiti isə bank özü öədyir. EIB Dünya Bankından fərqli olaraq layihələrin maliyyələşdirilməsinin 100 faizini üzərinə götürmür, birgə kreditləşmədə iştirak edir. Bu bankla danışıqlar zamanı biz bir sıra amilləri nəzərə almalıyıq: hökumət özü nə qədər vəsait ayıracaq, üçüncü tərəfin cəlb edilməsi və digər məsələlər".
Bankla müzakirə edilən layihələrin dəyərinə gəldikdə isə mənbə qeyd edib ki, onların həcmi müəyyənləşməyib: "İstənilən bank ilə iş zamanı, ilk növbədə, layihənin istiqamətini müəyyən etmək və texniki-iqtisadi əsaslandırılmasını hazırlamaq lazımdır. İnvestisiyaların həcmi artıq bu iki mərhələdən sonra müəyyən edilir. Hazırda biz EIB ilə layihələrin istiqamətlərini və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını müzakirə edirik".
Avropa İnvestisiya Bankı (EIB) Aİ ölkələri üçün maraq doğuran obyektlərin yenidən qurulması və tikintisi üçün kreditlərin verilməsi məqsədi ilə 1958-ci ildə yaradılıb. EIB ölkədə kredit əməliyyatlarının həyata keçirilməsi imkanını Azərbaycan hökuməti ilə 2014-cü ilin yanvar ayının 15-də çərçivə sazişi bağlandıqdan sonra qazanıb.
Qeyd edək ki, əməkdaşlığın əvvəlindən bank energetika, kiçik və orta biznesin inkişafı üçün Azərbaycana 76,25 milyon avro ayırıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024