Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Cənab Prezident İlham Əliyev Azərbaycanın bütün məsələlərdə haqlı olduğunu artıq dünyaya qəbul etdirmişdir”
Tarix: 25-03-2025 | Saat: 13:02
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Cənab Prezident İlham Əliyev Azərbaycanın bütün məsələlərdə haqlı olduğunu artıq dünyaya qəbul etdirmişdir”

“Ölkə Prezidentı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı ərəfəsində Ağdərəyə səfər edərək rayonun Həsənriz və Suqovuşan kəndlərində sakinlərlə görüşüblər. Dövlət başçısı ilk öncə Həsənriz kəndində buraya yeni köçən bir qrup sakinlə söhbət əsnasında bildirib ki, bu kənd qədim Azərbaycan yaşayış məskənidir. Burada Azərbaycan xalqı əsrlər boyu yaşayıb, hətta çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Həsənrizin adı var. Cənab Prezident bildirdi ki, qanunsuz olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan sonra ermənilər başqa yerlərdən gətirilərək burada məskunlaşdırıldı və kəndin adı da dəyişdirildi. Lakin Azərbaycan xalqı bu gün artıq öz müdrik Prezidentinin rəhbərliyi ilə bütün şəhər və kəndlərinin adlarını da bərpa edib, tarixi ədaləti də bərpa edib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bununla öz haqqını bərpa etdi. Əlbəttə ki, Vətən müharibəsindən sonra separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. Xatırlamaq yerinə düşər ki, İkinci Qarabağ müharibəsi dövründə baxmayaraq ki, Ermənistanın arxasında bir çox ölkələr, bir çox qüvvələr dayanmışdı, heç kim Azərbaycana əsaslı irad tuta bilməmişdi. Çünki ölkəmiz beynəlxalq hüquq çərçivəsində öz torpağında müharibə aparırdı. O cümlədən cəmi bir neçə saat çəkən antiterror əməliyyatı zamanı da ölkəmizə qarşı ilk öncə siyasi, daha sonra digər hərəkətlər olsa da, onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda Ermənistanın havadarları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, digər addımlar atmağa çalışdılar, lakin buna da nail ola bilmədilər. Çünki Azərbaycan haqlı olduğunu artıq dünyaya qəbul etdirmişdi.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi səsləndirib.


Fikirlərini davam etdirən müsahibimiz daha sonra qeyd edib ki, Suqovuşanın müharibə dövründə işğaıdan azad edilən ilk kənd olması onun adının şanlı tariximizin ən şərəfli səhifələrinə düşməsini şərtləndirən əsas amildir: “Diqqətəlayiq haldır ki, Ağdərənin Suqovuşan kəndi İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Dövlətimizin başçısı Suqovuşana yeni köçən sakinlərlə görüşü zamanı xüsusi olaraq vurğuladı ki, bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. Müharibənin gedişində hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqələrinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Bununla da Suqovuşanın adı Azərbaycanın ən yeni tarixində yazılmış Zəfər səhifələrində yer almış oldu. Hərbçilərimiz öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”

Sonda politoloq iki il əvvəl keçirilmiş və Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnmiş lokal xarakterli anti-terror əməliyyatından bəhs edərək bunları deyib: “Vətən müharibəsi parlaq tarixi Zəfərlə başa çatdı. Lakin bundan sonra da bizim işimiz hələ də tamamlanmamışdı. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar. Sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi isə, separatçılara əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, bu vəziyyət sonsuzadək davam edə bilər. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Məhz bu amillər imkan verdi ki, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli birgünlük antiterror əməliyyatı nəticəsində ölkəmizdə separatçılığın kökü birdəfəlik kəsildi, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə