Mobil versiya
Gülər Sultanzadə: “Cənab prezident İlham Əliyev azad olunmuş ərazilərin gündən-günə çiçəklənməsi üçün bütün imkanları səfərbər edib”
Tarix: 24-03-2025 | Saat: 09:00
Bölmə:Özəl | çapa göndər

Gülər Sultanzadə: “Cənab prezident İlham Əliyev azad olunmuş ərazilərin gündən-günə çiçəklənməsi üçün bütün imkanları səfərbər edib”

“Artıq Qarabağ və Şərqi Zəngəzur beş ildən çoxdur ki, azadlığına qovuşub. Düz 5 ildir ki, bu torpaqlar azad nəfəs alır, 30 il didərgin həyatı yaşamış insanlar öz yurd-yuvalarına qayıdır. Beşinci dəfədir ki, Azad olunmuş kənd və şəhərlərimizdə Novruz tonqalı qalanır, insanlar bu gözəl bayramı öz yurd-yuvalarında qeyd edir, bu gözəl günü onlara bəxş etmiş müzəffəır Azərbaycan Ordusuna və onun qalib sərkərdəsi cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə edirlər. Hər gün istifadəyə verilən yeni evlər, müasir üslubda bərpa olunmuş kəndlər öz sakinlərini qəbul edir, qarabağ bərpa olunmaqla bərabər öz qaynar həyatına qovuşur. Qarabağın və Şərqi Zəngəzurun azadlığının memarı olan cənab prezident İlham Əliyev eyni zamanda bu cənnət diyarın gündən-günə çiçəklənməsi üçün bütün imkanları səfərbər edib. Onun bu torpaqlara hər gəlişi yeni bir məskunlaşmanın, yeni bir inkişafın müjdəsinə çevrilir.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Fikirlərini davam edən partiya fəalı dövlət başçısının Ağdərə rayonuna səfərindən bəhs edib: “Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində fərdi evlərin, və Həsənriz kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər. Ənənəvi olaraq sakinlərlə birlikdə Novruz tonqalını qalayan, onların sevincinə şərik olan dövlətimizin başçısı və birinci xanım təbriklərini çatdıraraq onlara yeni evlərində, doğma yurdlarında xoşbəxt yaşamağı arzu ediblər. Hər iki kəndin sakinləri ilə görüşən cənab Prezident İlham Əliyev Həsənriz kəndindəki görüşdə deyib: “...biz tarixi ədaləti bərpa etməli idik, beynəlxalq hüququ bərpa etməli idik və öz haqqımızı bərpa etməli idik. Ona görə İkinci Vətən müharibəsindən keçən üç il ərzində biz gələcək planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki, separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. Biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq. Bu gün də Xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. Bax, bizim xalqımızın böyüklüyü bundan ibarətdir.” Suqovuşan kəndində cənab Prezidentə məlumat verilib ki, kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda “istirahət kompleksi” layihəsi icra olunub. Ərazisi 6 hektar olan kompleksdəki 16 kottec və 2 mərtəbəli hotel binasında əsaslı təmir işləri aparılıb.”

Daha sonra müsahibimiz Suqovuşanın azad edilməsi barədə bunları deyib: “Suqovuşan kəndinin ikinci Qarabağ müharibəsinin ilk həftəsində işğaldan azad edildiyini xatırladan cənab Prezident deyib ki, bu, bizim ilk uğurlarımızdan və hərbi qələbəmizdən biri idi: “Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var. Bax, bu kəndin ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm də fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.” Kənd sakinlərinə yeni evlərin açarlarını təqdim edən ölkə başçısı onlara bu gözəl torpaqda, doğma od-ocaqda və abad kənddə rahat yaşamaq səadəti arzulamış, bir daha daim xalqın yanında, onun sevinci və kədərini bölüşərək yaşadığını nümayiş etdirmişdir. Bunca işin, siyasi təlatümlərin içində olan bir Liderin daim xalq üçün, Vətən üçün çalışmasının bariz nümunəsi olan bu səfər də tarixin yaddaşına, insanların xatirəsinə yazıldı. Novruz tonqalının hərarəti qədər isti, mehriban və səmimi görüşlər bayram sevincinə qarışdı, tarixləşdi. Qarabağ bu dahi rəhbərin zəhməti, rəhbərliyi ilə gözəlləşir, çiçəklənir və öz əzəli möhtəşəmliyini bərpa edir” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə