Prezident İlham Əliyev: “Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb”.
Tarix: 19-03-2025 | Saat: 10:05
Bölmə:Özəl | çapa göndər

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həsənriz, Umudlu və Suqovuşan kəndlərində mühüm sosial obyektlərin açılışında iştirak etdilər, Həsənriz kəndinə köçən bir qrup sakinlə görüşüb fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldular
Yurdumuza birlik, həmrəylik, xeyirxahlıq rəmzi olan Novruz gəlir. Tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salsaq dövlət başçısı İlham Əliyevin Novruz bayramında azad edilmiş torpaqlara səfər edərək bu məkandan xalqımızı bayram münasibətilə təbrik etdiyini görərik. Bundan qürurverici nə ola bilər? Prezident İlham Əliyev ötən il Novruz tonqalını Xankəndi şəhərində alovlandırdıqdan sonra xalqa təbrikində bildirdi ki, dördüncü dəfədir bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.
Dövlət başçısı hər bir çıxışında tarixi Zəfərimizin qəhrəmanlarının qəhrəmanlığından, şücaətindən, vətənpərlik hissinin böyüklüyündən geniş bəhs edərək bildirir ki, onlar canları, qanları ilə tarix yazdılar. Dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordumuzun həyata keçirdiyi əməliyyatların oxşarı yoxdur. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir: «Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.»
Tarixi Zəfərimiz, eyni zamanda, son dörd ildən artıq dövrdə imza atdığımız Zəfərlər dövlətimizin başçısının «Nəyi, necə və nə vaxt etmək lazımdır, mən bilirəm» çağırışının nümayişidir. Son 21 ildən artıq dövrdə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının memarı kimi tarixə yazılan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd etdi ki, biz bu illər ərzində həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində güc topladıq. İqtisadiyyatımızı, ordumuzu gücləndirdik. «Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq» söyləyən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi vurğulayır ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi. İşğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər. Amma bu işğalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil, gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barışaq, işğal da yerində qalsın. Bax, bütün bu planları biz Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik. Ona görə bu günə qədər bizə qarşı əsassız ittihamlar, təzyiqlər edilir. Bizə qarşı nə qədər əsassız ittihamlar işlədilir. Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib: “Bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?! Bizim müharibəmiz azadlıq müharibəsi idi. Bunu deyənlər, bizə qarşı ittihamlar irəli sürənlər də bunu yaxşı bilirlər. Sadəcə olaraq, ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir: «Çünki təbii olaraq siz o illəri yaşamamısınız və tarixi kitablardan oxuyursunuz. Ona görə həm orta məktəblərdə, həm də ali məktəblərdə müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Mən bu gün bizim müəllimlərimizi, onların işini xüsusilə qeyd etmək istəyirəm. Çünki bizim gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların çox böyük rolu olmuşdur, bu gün də var. İki tərbiyə mənbəyi var - ailə və müəllim… Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Ancaq yenə də bu Zəfəri təmin etmək üçün dayanmadılar.»
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, işğaldan azad edilmiş ərazilərimizdən səsləndiridyi çağırışların hər biri tarixi Zəfərimizə gedən yolun təhlili olmaqla yanaşı, bu qələbəni şərtləndirən amillərin təqdimatıdır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşdü, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldular. Sonra dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırdılar. Cənab İlham Əliyev sakinlərlə görüşündə “Bu gözəl bayram günündə artıq sizinlə birlikdə burada olmaq mənim üçün də çox xoşdur. Həsənriz kəndi qədim Azərbaycan kəndidir, bilirsiniz. Burada Azərbaycan xalqı əsrlər boyu yaşayıb, hətta çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Həsənrizin adı var - Həsənriz kəndi. Qanunsuz olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan sonra ermənilər başqa yerlərdən gətirilərək burada məskunlaşdırıldı və bunun adı da dəyişdirildi. Artıq adını da bərpa etdik, tarixi ədaləti də bərpa etdik, Azərbaycan xalqı da buraya qayıdıb, indi rahat, xoşbəxt yaşayacaq” söyləyərək bir daha bildirdi ki, biz tarixi ədaləti, beynəlxalq hüququ və öz haqqımızı bərpa etməli idik. Ona görə İkinci Vətən müharibəsindən keçən üç il ərzində gələcək planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki, separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. Biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq: “Bu gün də Xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. Bax, bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı törətmişlər, Azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın böyüklüyü məhz bundadır. Biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu, bizim tarixi və hüquqi torpağımızdır.”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim etdilər. Dövlətimizin başçısı sakinlərlə görüşündə vurğuladı ki, bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. 44 gün ərzində Ordumuz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bunun çox böyük strateji əhəmiyyəti var. Bu kəndin və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən Suqovuşan kəndini işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq, həm də fədakarlıq tələb edirdi. Hərbçilərimiz öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsini və bir günlük antiterror tədbirlərini şərtləndirən amillərdən geniş bəhs edərək böyük qürur hissi ilə bildirdi ki, bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamışınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə.
Dövlət başçısı İlham Əliyev Ağdərə rayonunun Həsənriz kənd sakinləri ilə görüşündə bir daha bu reallığı diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan tam məhv ola bilərdi. Əslində, 1993-cü ilə qədər gedən proseslər ona gətirib çıxarırdı. Həm torpaqlarımızın işğal altına düşməsi, həm daxili çəkişmələr, vətəndaş müharibəsi. Bütün bunların qarşısını Ulu Öndər almışdı və nizami ordu quruculuğu da onun adı ilə bağlıdır: “Biz - onun davamçıları, sadəcə olaraq, onun yolu ilə gedərək ölkəmizi daha da gücləndirdik, bütün gücümüzü səfərbər etdik, dəmir yumruğu yaratdıq, düşmənin başını əzdik, indi belə bayramları burada qeyd edirik. Bundan böyük xoşbəxtlik ola bilməz.”
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-03-2025