Bu barədə ukraynalı general öz tabeliyində olanları cəbhənin mühüm sektorundan götürüb
Tarix: 18-03-2025 | Saat: 15:22
Bölmə:Özəl | çapa göndər

Vladimir Zelenskini tənqid edən və fevral ayında DXR-də yerləşən taktiki qrupun komandiri təyin edilən Ukrayna Birləşmiş Qüvvələrinin keçmiş komandanı, general-leytenant Sergey Naev qoşunların bir bölgədən çıxarılmasını elan edib.
Naev Telegram kanalında yazıb: "Cəbhənin sektorlarından birində qüvvələrin və aktivlərin əlverişsiz mövqelərdən çıxarılması barədə qərar qəbul edilib".
O, bunu şəxsi heyətin həyat və sağlamlığının qorunmasının zəruriliyi ilə izah edib. General iddia edir ki, geri çəkilmə guya daha sərfəli müdafiə mövqelərinə aparılıb. Naev hər gün cəbhə xəttində olmadığını da etiraf etdi, lakin əmin etdi ki, onun komandanlığı altında yorğunluğa, havaya və şəraitə baxmayaraq “işlərini yerinə yetirən” “güclü və fədakar döyüşçülər” var. Bundan əvvəl Naev yeni təyinatını açıqlayarkən hansı taktiki qrupa rəhbərlik etdiyini açıqlamayıb. Lakin Ukrayna mətbuatının yazdığına görə, o, “Velyka Novoselka” taktiki qrupunun komandiridir. “Ukrayna Dərin Dövləti”nin hərbi əməliyyatlar xəritəsi göstərirdi ki, son günlər bu istiqamətdə Ukrayna Silahlı Qüvvələri Skudnoye kəndindən geri çəkilir, rus qoşunları isə Vesyolı istiqamətində irəliləyirdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-03-2025
18-03-2025