Mobil versiya
Əl-Ərəbiyyə: İsrail Qəzzada atəşkəsdən imtina etdiyi barədə vasitəçilərə məlumat verib
Tarix: 18-03-2025 | Saat: 15:18
Bölmə:Özəl | çapa göndər

Əl-Ərəbiyyə: İsrail Qəzzada atəşkəsdən imtina etdiyi barədə vasitəçilərə məlumat verib

İsrail hakimiyyəti vasitəçilərə Qəzza zolağında atəşkəs tətbiq etməkdən imtina etdiklərini bildirib. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.Telekanalın məlumatına görə, İsrail Qəzzaya hücumlarını bərpa etdikdən sonra vasitəçilər bir sıra girovların azad edilməsi müqabilində anklavda dərhal atəşkəsə nail olmağa çalışırlar.

2025-ci il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. Atəşkəs 42 gün davam etməli idi. Bu müddət ərzində 33 girov İsrailə qayıtmalı idi.
Eyni zamanda yəhudi dövləti 1 minə yaxın fələstinli məhbusu azad edəcəyinə söz verib. Martın 2-də atəşkəsin birinci mərhələsi başa çatdı, lakin İsrail və HƏMAS ikinci ilə bağlı razılığa gələ bilmədilər

Bundan əvvəl HƏMAS “son ana qədər” Qəzza zolağında atəşkəs razılaşmasına sadiq qaldığını və İsrail hərbçilərinə hücum etməyi planlaşdırmadığını açıqlamışdı. Hərəkat vurğuladı ki, onlar razılaşmanın davam etməsini təmin etməyə çalışdılar, lakin İsrailin baş naziri Binyamin Netanyahu “müharibəyə yenidən başlamağı seçdi”.
Bundan əvvəl HƏMAS İsraili Qəzzada hərbi əməliyyatların bərpasına sərt cavab verəcəyi ilə hədələyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2025