Balakəndə deputat Nəsib Məhəməliyev oruc tutan vətəndaşlar üçün iftar süfrəsi açıb
Tarix: 18-03-2025 | Saat: 14:02
Bölmə:Özəl | çapa göndər

Mart ayının 15-də Milli Məclisin deputatı Nəsib Məhəməliyev Balakəndə növbəti dəfə vətəndaşların qəbulunu keçirib. Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlər qeydə alınıb, onlardan bəzilərinin dərhal həlli məqsədilə müvafiq addımlar atılıb, digərlərinin isə, həlli üçün gərəkən tədbirlərin görüləcəyi bildirilib.

Qeyd edək ki, Nəsib Məhəməliyevin millət vəkili olaraq öz seçiciləri ilə keçirdiyi görüşlər sadəcə vətəndaşların bu və ya digər sahədə üzləşdikləri, daha çox fərdi və sosial-məişət xarakterli problemlərin həlli istiqamətində tədbirlərin görülməsilə məhdudlaşmır. Deputat mütəmadi olaraq rayonun kəndlərində olur və mövcud problemlərin həllinə sadəcə xeyriyyəçi bir insan kimi də bilavasitə öz şəxsi dəstəyini göstərir.

Təkcə son bir neçə gündə Nəsib Məhəməliyev rayonun Meşəşambul kənd bağçasının pəncərə və qapılarına öz vəsaiti hesabına şüşələr saldırmış, Xalatala kəndindən keçən Mazımçay üzərindəki körpünün sağlamlaşdırılması üçün maddi dəstək vermiş, Qaysa Sənətkarlıq Evinin güclü külək və yağış nəticəsində uçub- dağılmış dam örtüyü və tavanının bərpası üçün vəsait ayırmışdır.

Əlbəttə ki, mübarək Ramazan ayı da xeyriyyəçiliyi sevən insanlar üçün tam başqa fürsətlər açır. Elə deputat Nəsib Məhəməliyev də artıq uzun illərdir ki, hər Ramazanda bu fürsəti əldən qaçırmır. Oruc tutan insanlar üçün tez-tez iftar süfrəsi açan millət vəkili bu il də öz ənənəsinə sadiqliyini nümayiş etdirir. Bu günlərdə Balakən şəhərində, bir neçə gün sonra isə rayonun Qaysa kəndində iftar süfrələri açılmışdır. İftar süfrəsi ətrafına toplaşan sakinlər dinimizin qorunmasına, dini dəyərlərimizin yüksək qiymətləndirilməsinə və dini ayinlərimizin inanclı insanlar tərəfindən rahat şəkildə icra olunmasına hər cür şəraitin yaradıldığına görə Ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-03-2025
18-03-2025