Mobil versiya
Litva Rusiya hərbi kəşfiyyatını Vilnüsdə IKEA mağazasının yandırılması ilə əlaqələndirib
Tarix: 17-03-2025 | Saat: 15:52
Bölmə:Özəl | çapa göndər

Litva Rusiya hərbi kəşfiyyatını Vilnüsdə IKEA mağazasının yandırılması ilə əlaqələndirib

2024-cü ilin mayında Vilnüsdə IKEA mağazasının yandırılmasının arxasında Rusiya hərbi kəşfiyyatı dayanırdı və bu işdə şübhəli bilinən şəxs oxşar cinayətlərdə iştirak edən digər şəxslərlə birlikdə Polşada həbsdədir. Reuters xəbər verir ki, bu barədə jurnalistlərə Litvanın baş prokuroru Arturas Urbelis məlumat verib.Onun sözlərinə görə, Litva araşdırması göstərib ki, mağazanın yandırılması uzun bir vasitəçi zənciri vasitəsilə Rusiya Federasiyası ilə bağlıdır.

Urbelis jurnalistlərə açıqlamasında "Bu, hərbi kəşfiyyat, təhlükəsizlik xidmətləri ilə bağlıdır" dedi.
Onun sözlərinə görə, hücumu biri azyaşlı olan iki Ukrayna vətəndaşı həyata keçirib.Agentliyin qeyd etdiyi kimi, Qərb rəsmiləri bildirirlər ki, son illər Avropada təxribat hallarının sayı kəskin artıb, onların bəzilərinin Rusiya tərəfindən pul ödədiyi agentlərlə əlaqəli olduğu iddia edilir. Rusiya tərəfi mütəmadi olaraq bu insidentlərdə iştirakını inkar edir.

Martın əvvəlində İsveçə məxsus Baltik dənizindəki Qotland adasında təxribat cəhdi araşdırılmağa başlandı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025