Bakı Forumu ölkənin və xalqın düşüncə tərzindəki bəşəri ideyalardan xəbər verir
Tarix: 14-03-2025 | Saat: 12:29
Bölmə:Manşet / Özəl / Siyasət / Gündəm / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Artıq ənənə halını almış Qlobal Bakı Forumu dünya ictimaiyyətini narahat edən problemlərin müzakirə olunduğu, həll yollarının araşdırıldığı güclü bir platformaya çevrilib. Hər dəfə dünya üçün yeni olan çağırışların müzakirəsinə ev sahibliyi edən ölkəmiz dünya birliyinə öz töhfəsini verməkdədir.
Martın 13-dən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-də “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. XII Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edirlər. Bu, tədbirin əhəmiyyətinin, Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir.
Beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi həm də ona görə yüksəkdir ki, bunu dövlətin maraqlarını təmsil edən dövlət qurumları deyil, qeyri-hökumət təşkilatları təşkil edir. Digər mühüm amil də həmin forumda daha çox dünya üzrə çox yüksək nüfuza və sözə sahib olan mötəbər şəxslərin iştirak etməsidir. Tədbirin önəmini artırmaq və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması da vacib məqamdır.
Forumun açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyev qeyd edilən məsələlərə dair geniş və məzmunlu nitq söyləmişdir.
Ölkəmizin başçısı qeyd etmişdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COP29 tədbirində fəal iştirak etməklə, həm də tədbirə ev sahibliyi etməklə çox mühüm nəticələrə nail olmuşdur. Həmin tədbir isə dünya üçün, bəşəriyyət üçün önəmli məsələlərin müzakirəsində və həllində yeni bir addım kimi dəyərləndirilməlidir.
Bu gün dünyada yaşanan enerji təhlükəsizliyi böhranından çıxış yollarını qeyd edən cənab İlham Əliyev Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirlərdən, enerji mənbələrindən səmərəli istifadə yollarından və təmiz enerji siyasətindən söz açaraq Avropanın Azərbaycanı etibarlı tərəfdaş adlandırmasının səbəblərini göstərdi. Cənab Prezident qeyd etdi:” Bir daha qeyd etmək istəyirəm ki, ölkə enerji təchizatı baxımından qıtlıqla üzləşmir. Əksinə, bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir.”
Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur. “Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz.”
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan regionda sabitlik və dayanıqlı inkişaf naminə sülh istəyir. Bununla bərabər Azərbaycan Prezidenti ciddi mesajlar verərək bildirdi ki, bu heç də bizə qarşı törədilən ədalətsizliklərin, faciələrin unudulması demək deyildir: “Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə biz onları yenidən tikirik. Hər bir şey yerlə-yeksan olunubdur və bu, kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi. 65 məscid dağıdılıb və nəinki azərbaycanlıların, o cümlədən bütün dünya müsəlmanlarının hisslərini təhqir etmək üçün orada donuz və mal saxlayıblar. Biz bunu yaddan çıxarmayacağıq.”
Ölkəmizin müstəqil siyasət yürütməkdə qərarlı olduğunu diqqətə çatdıran ölkə başçısı bildirdi ki, “Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi.”
Prezident İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, bütün təzyiq və təhdidlərə, qarayaxma kampaniyalarına baxmayaraq Azərbaycan öz müstəqil siyasətini davam etdirməkdədir. Eyni zamanda, Azərbaycan bir dövlət və millət kimi bəşəri ideyaların qorunmasında, insanlığı narahat edən problemlərin həllində maraqlıdır və bu sahədə əlindən gələni edir. Dövlət başçısı səviyyəsində həyata keçirilən belə tədbirlər ilk növbədə ölkənin və xalqın düşüncə tərzindəki bəşəri ideyalardan xəbər verir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər