Mobil versiya
Kreml ABŞ və Ukrayna arasında aparılan danışıqları ilk dəfə şərh edib
Tarix: 12-03-2025 | Saat: 13:59
Bölmə:Özəl | çapa göndər

Kreml ABŞ və Ukrayna arasında aparılan danışıqları ilk dəfə şərh edib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya hakimiyyəti Ukrayna ilə danışıqların nəticələri ilə bağlı ABŞ rəhbərliyindən ətraflı məlumat gözləyir. Bu barədə TASS məlumat yayıb.Peskov vurğulayıb ki, Kreml 30 günlük atəşkəslə bağlı suallara cavab verməklə özünü qabaqlamaq istəmir. O, qeyd edib ki, ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio və Milli Təhlükəsizlik müşaviri Mayk Vals müxtəlif kanallar vasitəsilə danışıqların nəticələri barədə Rusiyaya ətraflı məlumat verəcəklərini vəd ediblər.“Əvvəlcə bu məlumatı əldə etməliyik. Bizim amerikalılarla da bu günlərdə planlaşdırılan təmaslarımız var və bu müddət ərzində biz məlumatın tam olmasını gözləyirik”, - deyə prezidentin mətbuat katibi yekunlaşdırıb.
Martın 11-də Səudiyyə Ərəbistanında Amerika və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdən sonra Kiyev Rusiyanın razılığı əsasında 30 günlük atəşkəsə hazır olduğunu açıqlayıb.

Bundan sonra ABŞ kəşfiyyat məlumatlarının paylaşılmasındakı fasiləni aradan qaldırmaq və Ukraynaya təhlükəsizlik yardımını bərpa etmək qərarına gəlib. ABŞ nümayəndə heyətinin üzvü Rubio bildirib ki, “əgər və tezliklə” Moskva ilkin atəşkəsə razılaşarsa, “real danışıqlar” başlaya bilər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025