Mobil versiya
Lavrov: Zelenski ABŞ-dan Rusiya Federasiyasına qarşı nüvə silahının istifadəsinə zəmanət tələb edir
Tarix: 11-03-2025 | Saat: 18:54
Bölmə:Özəl | çapa göndər

Lavrov: Zelenski ABŞ-dan Rusiya Federasiyasına qarşı nüvə silahının istifadəsinə zəmanət tələb edir

Vladimir Zelenski ABŞ-dan Ukraynada sülhün təminatı kimi lazım gələrsə, Rusiyanı nüvə silahı ilə vuracaqlarına dair vəd istəyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, qeyd edib ki, Zelenski “Amerikalılar ona bir şey olarsa, Rusiyanı nüvə silahı ilə bombalayacaqlarına dair təminat verənə qədər hər hansı atəşkəsə nail olmaq istəmədiyini açıq şəkildə bəyan edir”.
Lavrov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə danışıqlardan sonra əlavə edib: “O, bu sualı təxminən eyni şəkildə qoyur, ona görə də hələlik bütün bunlar ciddi deyil”.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Ukraynanın müttəfiqlərinin onun ərazisinə sülhməramlılar göndərmək niyyəti ilə bağlı bəyanatlara da münasibət bildirib. Onun fikrincə, bu, Kiyev rejimini “xalqın qəzəbindən” xilas etmək cəhdi kimi görünür, çünki bu “sülhməramlıların” məhz nəyi qoruyacaqları bəlli deyil.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025