Alimlər ailə xəyanətinin iki əsas səbəbini aşkar etdilər
Tarix: 19-09-2015 | Saat: 10:58
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər
Onlar məqsədyönlü şəkildə “kənarda” eşq macərası axtarmırlar.
Xəyanətin səbəbləri fərdi və insanların yaşadığı şəraitdən asılı olsa da, amerikalı sosioloq Pepper Şvarts xəyanətkarları iki əsas tipə bölüb.
Alimin fikrincə, birinci kateqoriyaya cari tərəfdaş ilə cinsi əlaqədən yorulanlar aiddir.
Onlar eyni tərəfdaş ilə uzunmüddətli əlaqədə olurlar və yeni nə isə istəyirlər. Onlar məqsədyönlü şəkildə “kənarda” eşq macərası axtarmırlar, amma ələ düşən fürsətlərdən istifadə edirlər (ezamiyyətlərdə, konfranslarda, işdə və ya sinif yoldaşları ilə görüşdə).
Ashley Madison saytının mütəxəssislərinin fikrincə, saytın bu tip müştəriləri daha çoxdur. Bu sayta girən qadınlar öz ərlərini atmaq istəmirlər, onlar sadəcə öz həyatlarının romantik ehtiras ilə rəngləndirmək istəyirlər, Ashley Madisonun elm üzrə direktoru Erik Anderson Amerika sosioloji assosiasiyanın illik konfransında bildirib.
İkinci kateqoriya – nikahda xoşbəxt olmayan insanlardır. Onlar öz tərəfdaşlarını müəyyən səbəblərə görə, (uşaqlar, maliyyə asılılığı) atmırlar, amma kənarda emosional stimullaşdırıcı münasibətlər axtarırlar.
İki tip arasında sərhəd sosioloqların qeyd etdiyi kimi, gözəçarpacaq deyil. Orta vəziyyət əsasən, xəyanət ilə öz tərəfdaşından intiqam alanlara məxsusdur.
Xəyanətlər haqqında 2015-ci ildə dərc edilmiş digər irimiqyaslı sosial tədqiqatın müəllifləri, xəyanətin əsas səbəbinin pul olduğundan əmindirlər: kişi qadından maliyyə cəhətdən nə qədər çox asılı olarsa, bir o qədər onun xəyanət etmə ehtimalı yüksəkdir. Qadınların durumda vəziyyəti tam fərqlidir: evə gələn gəliri yüz faizi qadından asılı olduqda, onlar nadir hallarda xəyanətə meyilli olurlar. Oxu.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ