Mobil versiya
NATO üzvü İsveçdən gözlənilməz hərəkət
Tarix: 06-03-2025 | Saat: 17:14
Bölmə:Özəl | çapa göndər

NATO üzvü İsveçdən gözlənilməz hərəkət

İsveç xarici işlər naziri Maria Malmer Stenergard İsveçin ilk dəfə NATO-nun hava hücumundan müdafiə əməliyyatında iştirak etmək üçün Polşaya döyüş təyyarələri göndərəcəyini açıqlayıb

Stenergard müdafiə naziri Pal Jonson ilə keçirdiyi mətbuat konfransında İsveçin NATO təlimi üçün Polşaya göndərəcəyi döyüş təyyarələri planı haqqında məlumat verib.
İsveçin NATO üzvlüyünün ilk ilini qeyd etdiklərini ifadə edən Stenergard, "Gələn aprel-iyun ayları arasında Gripen adlı 8 döyüş təyyarəsini pilotları və xidmət personalı ilə birlikdə ilk dəfə NATO-nun hava hücumundan müdafiə əməliyyatına qatılmaq üçün Polşaya göndərəcəyik. Təyyarələr Polşada yerləşdiriləcək və NATO hava məkanının bir hissəsi olaraq hava məkanında patrul edəcək". dedi.

Polşadakı NATO logistika mərkəzini qorumaq üçün belə bir qərar verdiklərini və bu qərarı bu həftə parlamentə təqdim edəcəklərini bildirən Stenergard, "Biz də bu əməliyyata qatılaraq Ukraynaya dəstək verməyə töhfə verəcəyik" dedi.

Müdafiə naziri Conson həmçinin bildirib ki, İsveç Hərbi Hava Qüvvələri NATO-nun “hava polisi” missiyası üçün ilk dəfə olaraq müttəfiq ölkənin ərazisini patrul edəcək və 110 şəxsi heyət bu əməliyyata töhfə verəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025