Mobil versiya
Avropada deyirdilər ki, Starlink olmasa, Ukrayna “kor olacaq”
Tarix: 06-03-2025 | Saat: 11:27
Bölmə:Özəl | çapa göndər

Avropada deyirdilər ki, Starlink olmasa, Ukrayna “kor olacaq”

Ukraynada Starlink peyk internet sisteminin söndürülməsi kəşfiyyatı "kor" edəcək və Ukrayna Silahlı Qüvvələrini bir əsr geriyə atacaq. Bu barədə İspaniyanın “Mundo” qəzeti yazır.“Vaşinqton bu əlaqəni kəssə, Ukrayna kəşfiyyat baxımından kor qalacaq və onun bölmələri rabitəsiz təcrid olunmuş vəziyyətdə qalacaq, bu isə o deməkdir ki, Birləşmiş Ştatlar Kiyevi 20-ci əsrin müharibəsinə qaytaracaq”.
İlon Maskın SpaceX şirkəti tərəfindən hazırlanmış Starlink, Ukrayna qoşunları üçün əsas rabitə vasitəsi olaraq qalır.
Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında keçirilən görüşdən sonra Ağ Ev Kiyevə hərbi yardımı dayandırıb. Amerika lideri ukraynalı həmkarının Amerikanın köməyinə görə kifayət qədər təşəkkür etməməsindən narazılığını bildirib. Kiyevin Rusiya ilə sülh danışıqlarına hazır olduğunu nümayiş etdirməyincə ABŞ-ın Ukraynaya kömək etməyəcəyi gözlənilir.

Bundan əvvəl Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskovic dedi ki, Starlink-in ləğvi Zelenskinin hərəkətlərinə təsir etmək üçün daha təsirli bir üsul ola bilər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025