Mobil versiya
“iPhone” Çində populyarlığını itirir
Tarix: 02-02-2017 | Saat: 16:59
Bölmə:Şou-biznes | çapa göndər

“iPhone” Çində populyarlığını itirir





Analitiklər bu nəticəyə gəlib ki, “Apple” şirkətinin istehsal etdiyi “iPhone” smartfonu Çin sakinləri arasında daha az populyarlıq qazanıb.

Bu, son 5 ildə ilk dəfədir baş verir.

“Counterpoint” şirkətində çalışan analitiklər o nəticəyə gəlib ki, beş ildə ilk dəfə olaraq “iPhone” liderliyi digər şirkətə - “Oppo”ya verib. “OPPO R9” smartfonuna Çinin 17 milyon əhalisi üstünlük verib, “iPhone 6S” smartfonunu isə cəmi 12 milyon istehlakçı əldə edib.

“iPhone 7” yeni modelinin bazara çıxarılması onun birinciliyi əldə saxlamasına kömək etməyib. Smartfon seçərkən istehlakçı ikili kameranın və yaxşı akkumulyatorunun olması, enerji doldurma cihazının, OLED-displeyinin olması kimi xüsusiyyətləri qiymətləndirir.

Telefonun əlçatan olmaması da böyük rol oynayır. Çünki “iPhone” smartfonunu hər kəs əldə edə bilmir. (Lent.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024