ABŞ-da F-16-nın "zombi versiyaları" vurulmağa davam edəcək
Tarix: 04-03-2025 | Saat: 17:55
Bölmə:Özəl | çapa göndər

ABŞ Hərbi Hava Qüvvələri 2030-cu illərə qədər F-16 qırıcı təyyarəsi əsasında qurulan QF-16 uçan hədəflərini vuracaq.Bu barədə “The War Zone” (TWZ) Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
“ABŞ Hərbi Hava Qüvvələri proqramın son illərdə məhdudlaşdırılmasına baxmayaraq, F-16 qırıcılarından çevrilmiş QF-16 Tam Ölçülü Hava Hədəfi (FSAT) pilotsuz təyyarələrindən istifadəni ən azı 2035-ci ilə qədər davam etdirməyi gözləyir”, - nəşr yazır.Qeyd edilir ki, 2022-ci ildə “Boeing” qırıcı təyyarələrin QF-16 hədəflərinə çevrilməsi üçün iki xəttdən birini bağlayıb. Mövcud müqavilə başa çatana qədər ikinci sahənin saxlanılması planlaşdırılırdı. Hərbi Hava Qüvvələri əvvəlcə F-16-nın 134 "zombi" versiyasını almağı planlaşdırırdı.
QF-16-ya qırıcıların çevrilməsi üçün müqavilə 2010-cu ildə bağlandı və 2013-cü ildə hədəf ilk uçuşunu etdi. Pilotsuz F-16 yaratmaq üçün istismar müddətini başa vurmuş təyyarələrdən istifadə edilir. Uçan hədəflər yeni silahların sınaqdan keçirilməsi və hava-hava silahlarından istifadə üzrə təlimlərin bir hissəsi kimi vurula bilər.
2024-cü ilin oktyabrında The National Interest jurnalı 1978-ci ildən istismarda olan dördüncü nəsil F-16 Fighting Falcon-un imkanlarının həddinə çatdığını yazmışdı. F-16-nın istismar müddəti texniki çətinliklər və beşinci nəsil F-35 və F-22 qırıcılarının istismarı ilə bağlı xərclərin artması səbəbindən uzadılır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər