Mobil versiya
Dövlət qadın siyasətinin bünövrəsi məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur
Tarix: 04-03-2025 | Saat: 17:13
Bölmə:Özəl | çapa göndər

Dövlət qadın siyasətinin bünövrəsi məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur

Ölkəmizdə öz uğurlu nəticələrini verən dövlət qadın siyasətinin bünövrəsi məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan qadınının həyatda və karyerada qazandığı uğurlarının, möhkəmlənmiş mövqeyinin, çoxşaxəli səmərəli fəaliyyətinin səbəbkarı və mənbəyi Ulu Öndər Heydər Əliyevin düşünülmüş, uzaqgörən siyasətidir.
Azərbaycan xalqının əsrlərdən bəri qoruduğu milli-mənəvi dəyərlər arasında hamı üçün müqəddəs olan qadına hörmət, anaya qayğı həmişə üstün olub. Ən təhlükəli savaşlarda belə qadının bir sözü ilə tərəflər arasındakı qan davası barışıqla nəticələnir. Ulu öndər Heydər Əliyev istər Sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan qadınlarının problemləri ilə yaxından maraqlanmış, ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvə olan qadın hərəkatının genişlənməsini daim diqqətdə saxlamışdır. Ölkəmizdə insan hüquq və azadlıqlarının, onun tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin tərkib hissəsi kimi diqqətdə saxlanılır. İnsan amilinə daim diqqətlə yanaşan Prezident İlham Əliyevin imzaladığı fərmanlar, sərəncamlar cəmiyyətin inkişafında, sağlam ailə institutunun formalaşmasında xüsusi rolu olan qadınları daha çox sevindirmişdir. Ölkəmizdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə qadın hərəkatı, gender siyasəti uğurla davam etdirilir. Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir. Xalqımızın qəhrəmanlıq tarixində izləri qalan Sara xatun, Tomris ananın davamçıları olan, müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınmış Azərbaycan qadınları dövlətə sədaqəti və fədakarlığı ilə seçilmişdir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərmişdir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycanda yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun, İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadını nı dünyada tanıdır, hərtərəfli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlərlə əsl humanitar diplomat kimi böyük nüfuz qazanır. Elm, mədəniyyət və digər sahələrdə uğurlar qazanan Azərbaycan qadınının mədəni və intellektual potensialı beynəlxalq aləmdə qiymətləndirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini Mehriban xanım Əliyevanın həyat və fəaliyyətini izlədikdə isə məhz bu məqam diqqəti xüsusi cəlb edir - o, Azərbaycan cəmiyyətində insanlara yaxınlığı və insanların ona hədsiz rəğbəti ilə seçilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşlərdə olur. Belə görüşlər, müzakirələr çox səmimi ortamda keçir. Elə Mehriban xanım Əliyevanın fəaliyyətinin, təşəbbüslərinin mənbəyində də cəmiyyətdən, əhalinin müxtəlif təbəqələrindən gələn sosial sifarişlər dayanır. Onun özü dəfələrlə bildirib ki, öz missiyasını insanları narahat edən məsələlərin həllinə yardım göstərməkdə görür. Mehriban xanım Əliyevanın ifadə etdiyi “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” sözləri onun portretinin konkret ştrixlərini göz önündə canlandırır.
Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın sevgisidir. Məhz bu etimad, inam onun Azərbaycanın Birinci Vitse-prezidenti təyin olunmasını şərtləndirən əsas amillərdəndir.
Dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlara böyük dəstək olan Mehriban xanım Əliyevanın bu münasibətlə xalqımıza müraciətlərinə diqqət yetirdikdə mərhəmətin, sədaqətin, xeyirxahlığın, ən əsası vətənpərvərlik duyğularının nə qədər böyük olduğunu görür, onun hər zaman dövlətimizin inkişafı, xalqımızın firavan yaşaması istəyini ortaya qoymasının şahidi oluruq. 44 günlük İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərimizə dövlətimizin başçısı İlham Əliyevlə birgə səfərləri, həmçinin ölkə Prezidenti ilə birgə müharibə başa çatandan sonra ilk olaraq yaralı döyüşçülərə baş çəkmələri və sair kimi biri-birindən diqqət çəkən addımlar vətənpərvərlik hissinin böyüklüyündən xəbər verir.
Humanizm, mərhəmət müccəsiməsi olan, hər bir Azərbaycan vətəndaşına xüsusi qayğı və səmimiyyəylə yanaşan, hər birimizin sevimlisi Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi Azərbaycan qadınının tarixi uğuru və Azərbaycan qadınına verilən yüksək dəyərin nəticəsidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-03-2025