Mobil versiya
Ən problemli smartfonlar - REYTİNQ
Tarix: 02-02-2017 | Saat: 16:58
Bölmə:Şou-biznes | çapa göndər

Ən problemli smartfonlar - REYTİNQ





“Blannco Technology Group” analitik şirkətinin mütəxəssisləri ən problemli smartfonların siyahısını tərtib ediblər.

Bu barədə şirkətin korporativ saytında xəbər verilib.

Mütəxəssislər smartfonların işində nasazlıqların tezliyini təhlil ediblər. Əldə olunan məlumatlara əsasən, onlar ən problemli cihazların siyahısını tərtib ediblər. Təhlil zamanı qəflətən donmaların sayı, əlavələrin bağlanması, cihazların tutulması, siqnalın itməsi və qızma halları nəzərə alınıb.

Məlum olub ki, iOS bazasında olan smartfonlar "Android" cihazlarından daha problemlidirlər. Belə ki, tutulmaların 62 faizi “Apple” cihazlarında qeydə alınıb. “Android” bazasında olan cihazların işində isə 47 faiz tutulma halları qeydə alınıb.

“Apple”in ən problemli smartfonları “iPhone 6”, “iPhone 5S” və “iPhone 6S” olub. Qeyd edək ki, reytinqə “iPhone 7” və “7 Plus” smartfonları düşməyiblər. Buna səbəb onların bazara yeni gəlməsi olub. Daha az problem “iPhone 4S” smartfonlarında müşahidə edilib. Bu isə bütün smartfonların sayının 2 faizinə bərabərdir.

“Android” cihazlar arasında daha çox nasazlıqlar “LeEco Le2” smartfonunun işində yaranıb. İkinci və üçüncü yerləri “Xiaomi - Redmi 3S” və “Redmi Note 3” smartfonları tutub. Bu cihazların 9 faizi problemli çıxıb. “Samsung Galaxy S7 edge” flaqman modeli bu reytinqin siyahısında dördüncü yeri tutur. (Lent.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024