Yle: Finlandiya Ukrayna üçün sülh planının hazırlanmasında iştirak edəcək
Tarix: 03-03-2025 | Saat: 12:34
Bölmə:Özəl | çapa göndər

Finlandiya prezidenti Aleksandr Stubb Ukrayna məsələsi ilə bağlı London sammitini şərh edərkən bildirib ki, Helsinki sülh planının hazırlanmasında iştirak edəcək. Stubbın sözlərini Yle xəbər verir.
Finlandiya lideri sammit iştirakçılarının ümumi rəydə olduqları üç məqamı xüsusi qeyd edib. Birincisi, münaqişənin sona çatması, ikincisi, Ukraynaya hərbi, siyasi və iqtisadi dəstəyin davam etdirilməsi, üçüncüsü, sülh sazişinin zərurəti.Stubbın sözlərinə görə, hazırda Ukrayna, Böyük Britaniya və Fransa sülh planı hazırlayır. Norveç və Finlandiya da öz növbəsində bu dövlətlərə dəstək verir. Bununla belə, Stubb təfərrüatları açıqlamayıb. Lakin o qeyd edib ki, yaxın günlərdə Finlandiya və Ukrayna tərəfləri bəzi detalları müzakirə edəcəklər.Finlandiya prezidenti onu da əlavə edib ki, Londonda keçirilən sammitdə Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib.
Martın 2-də Londonda Aİ-nin bir neçə ölkəsinin liderlərinin sammiti keçirilib, orada Ukrayna və qitənin təhlükəsizliyi müzakirə olunub. Böyük Britaniyanın baş naziri Key Starmer Ukrayna lideri Böyük Britaniyaya gələndə prezident Vladimir Zelenskini qucaqlayıb və onun əlini sıxıb.
Bundan əvvəl Finlandiyanın Ukraynaya silah alınması üçün 660 milyon avro ayıracağı bildirilirdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-03-2025