Mobil versiya
Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Rusiya Federasiyası arasında danışıqların necə getdiyini bildirib
Tarix: 27-02-2025 | Saat: 15:54
Bölmə:Özəl | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Rusiya Federasiyası arasında danışıqların necə getdiyini bildirib


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Federasiyası ilə ABŞ arasında İstanbulda danışıqlar XİN ekspertləri səviyyəsində aparılır. Bu barədə RİA Novosti məlumat yayıb.
“Hazırda İstanbulda Rusiya Xarici İşlər Nazirliyi ilə ABŞ Dövlət Departamenti arasında Xarici İşlər Nazirliyinin xarici siyasət ekspertləri səviyyəsində təmasların bərpası, səfirliklərin işi və s. üzrə məsləhətləşmələr aparılır”, - Zaxarova bildirib.
Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar ABŞ-ın İstanbuldakı baş konsulunun iqamətgahında keçirilir.Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistləri Rusiya və ABŞ nümayəndələrinin İstanbulda keçiriləcək görüşünü qabaqlamamağa, onun başa çatmasını gözləməyə çağırıb.

Fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna ilə bağlı danışıqlar aparılıb.Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili də daxil olmaqla görüş 4,5 saat davam edib. Bundan əvvəl, fevralın 12-də Rusiya və Amerika prezidentləri arasında telefon danışığı olub.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-02-2025