Mobil versiya
Sakaryada qızlar yataqxanasında zəhərlənən tələbələrin sayı 88-ə yüksəlib
Tarix: 24-02-2025 | Saat: 14:05
Bölmə:Özəl | çapa göndər

Sakaryada qızlar yataqxanasında zəhərlənən tələbələrin sayı 88-ə yüksəlib
Sakaryanın Hendek rayonundakı qızlar yataqxanasında yedikləri yeməkdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələrin sayı 88-ə yüksəlib. Müalicəsi başa çatan tələbələr evə buraxılıblar.
Hendek rayonundakı KYK Qızlar Yataqxanasında dünən baş verən hadisədə yataqxanada qalan 50 tələbə yemək yedikdən bir müddət sonra qusma və ürəkbulanma şikayətləri ilə Hendek Dövlət Xəstəxanasına müraciət edib.
Gün ərzində eyni şikayətlərlə daha 38 tələbə xəstəxanaya müraciət edib.

Qida zəhərlənməsi şübhəsi ilə müalicə alan 88 şagird müalicə olunduqdan sonra evə buraxılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-02-2025